Bu gün hicri-qəməri təqvimi ilə 1434-cü il Məhərrəm ayının 10-cu günü - Aşuradır. Aşura günü İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gün (Kərbəla müsibəti) olaraq bir çox müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da matəm günü kimi qeyd olunur.
Aşura günü ilə əlaqədar ölkə ərazisində məscidlərdə mərsiyyələr, İmam Hüseyn qatillərinə lənət oxunur, ehsan paylanılır, nəzir verilir. Təzəpir məscidində olan əməkdaşlarımız da orada paytaxt sakinlərinin izdihamı ilə rastlaşıblar. Odur ki, islam dəyərlərinə sadiq qalan minlərlə paytaxt sakini Aşura gününü qeyd eləmək üçün Təzəpir məscidini ziyarətə gəliblər. Azərbaycanın digər məscidlərində olduğu kimi burada da islam dəyərlərindən bəhs edən məclislər qurulub, matəm mərasimləri keçirilib. Əməkdaşlarımızın nəzərindən qaçmayan bir məqamı da qeyd edək ki, bu qədər təbliğatla yanaşı dini fanatizim və xurafat hələ də qalmaqdadır.
Qeyd edək ki, Aşura günü ilə əlaqədar Təzəpir məscidində də Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilib. Qanvermə aksiyaları Bakı şəhərində yerləşən digər məscidlərdə də təşkil olunub. Aksiyada sadə vətəndaşlarla yanaşı, hüquq mühafizə orqanlarının işçiləri də iştirak ediblər.
Modern.az Təzəpir məscidində keçirilən Aşura günündən fotoları təqdim edir.
| ||||||||||||||||||||
| ||||||||||||||||||||
| ||||||||||||||||||||
|
Anar KƏLBİYEV
Foto:Elçin AĞAYEV