Modern.az

Putin Azərbaycana gəlməyəcək

Putin Azərbaycana gəlməyəcək

27 Noyabr 2012, 14:38

Rusiya prezidenti Vladimir Putinin ilin sonuna kimi edəcəyi xarici səfərlərin rəsmi siyahısı açıqlanıb. Modern.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, səhhəti ilə əlaqədar iki aydır rəsmi dövlət səfərlərinə getməyən Putin cari ilin sonunadək Türkiyə, Türkmənistan, Tacikistan, Belçika olmaqla bir çox ölkələrə gedəcək.  

Belə ki, xəbər verildiyi kimi, Putinin Türkiyə səfəri təxirə salınsa da artıq onun dekabrın 3-də İstanbulda olacağı haqda rəsmi açıqlama verilib. İstanbul səfəri zamanı Putin baş nazir Rəcəb Tayyib Ərdoğan və prezident Abdullah Güllə görüş keçirəcək.

Türkiyə səfərindən iki gün sonra Rusiya prezidenti MDB-nin Zirvə toplantısın qatılmaq üçün Türkmənistana yollanacaq. Aşqabatdan sonra isə Putinin Tacikistana səfər edəcəyi planlaşdırılır. Putin dekabrın 21-də Avropa Birliyi ölkələrinin zirvə toplantısında iştirak etdikdən sonra dekabrın 24-də Hindistana gedəcək.  Ümumilik də isə Putinin dekabrın 20-də illik hesabat verəcəyi bildirilib. Putini cari il ərzində Ermənistana səfər edəcəyi gözlənilsə də prezidentin cari il üçün bu ölkəyə səfər nəzərdə tutulmayıb.

Qeyd edək ki, Vladimir Putin ikinci dəfə Rusiya prezidenti seçildikdən sonra indiyədək Azərbaycana səfər etməyib. Cari il ərzində Putinin İrəvanla yanaşı Bakıya da səfəri planlaşdırılmayıb. Rusiya prezidentinin Azərbaycana növbəti ildə səfər edəcəyi gözlənilsə də bu haqda rəsmi məlumat verilməyib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?