Modern.az

Kəmaləddin Heydərovun federasiyasında nə baş verir? - Füzuli Musayevdən AÇIQLAMA

Kəmaləddin Heydərovun federasiyasında nə baş verir? - Füzuli Musayevdən AÇIQLAMA

28 Noyabr 2012, 18:25

“Taekvondo Federasiyasında 1-ci vitse-prezident postundan uzaqlaşdırılmağım barədə xəbəri sizdən eşdirəm. Əgər deyirsinizsə, bu barədə xəbər saytları məlumat yayıb, cavab verə bilərəm ki, hamısı şaiyə və uydurma informasiyadır və heç bir əsası da yoxdur”. Bunu Modern.az saytına açıqlamasında tanınmış idmançı Füzuli Musayev Taekvondo Federasiyasının 1-ci vitse-prezidenti vəzifəsindən uzaqlaşdırıldığı barədə məlumatlara münasibət bildirərkən deyib.

F.Musayev Taekvondo Federasiyasında 1-ci vitse-prezident postunda işini davam etdirdiyini vurğulayıb.

“Bununla yanaşı, dövlət işində çalışıram, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun rəisiyəm. Bu klubda qarşıya vəzifə qoyulub ki, beynəlxalq dərəcəli idmançılar hazırlayım. İndi klubumuzda boks, güləş, cüdo və taekvondo üzrə yarışlara hazırlaşırıq. Özüm taekvondo ilə məşğul olmağa vaxt tapmıarm. Çünki məşğul olacaq o qədər qədər işim var və onlarla məşğulam. Sadəcə olaraq taekvondoda məşqləri mən aparmıram. Yəqin buna görə həmin şayiəni yayıblar. Verilən informasiya səhvdir”-deyə F.Musayev qeyd edib.

Qeyd edək ki, bu gün bir sıra xəbər saytları Füzuli Musayevin Taekvondo Federasiyasında 1-ci vitse-prezident postundan uzaqlaşdırıldığı barədə məlumat yayaraq bildiriblər ki, bu postda onu Boks Federasiyasının baş katibi Nağı Səfərov əvəzləyib.
Taekvondo Federasiyasının prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur...


Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?