Modern.az

Bir şəklin tarixçəsi: Ağıllı vəzir, söz dinləməz nazir...

Bir şəklin tarixçəsi: Ağıllı vəzir, söz dinləməz nazir...

Ölkə

29 Noyabr 2012, 11:30

İndi baş nazir dediyimiz vəzifəyə keçmişlərdə vəzir deyirmişlər. Ağıllı vəzirlər padşahların vuran qolu, düşünən beyni, onları bəlalardan hifz edən olublar.


Dövrümüzdə baş nazir kimi tanınan şəxslərin də ağıllı, siyasətcil, fəndgir olması az əhəmiyyətli deyil.


Modern.az
saytının Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkilin dəqiq tarixçəsi bəlli olmasa da, hər halda sabiq səhiyyə naziri Əli İnsanovun həbsindən əvvələ təsadüf edir.

Şəkildən belə anlaşılır ki, baş nazir Artur Rasizadə nazir Əli İnsanovu itaətə dəvət edir. Yəni, “başımızı aşağı salıb dövlət məmuru kimi işimizi yürüdək”. Hətta bəlkə özünün 2003-cü ildəki məşhur reveransını da sabiq nazirə xatırladır:


“Gördünmü, səhhətimlə əlaqədar ərizə yazıb baş nazirlikdən getdim. Qısa müddətən sonra səhhətim qaydasına düşdü, işimə qayıtdım”.

Ancaq deyəsən baş vəzirin nəsihətləri ötkəm nazirə təsir etmədi. Sonrakı reallıq  bunu deməyə əsas verir...



Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama