Modern.az

Prezident Administrasiyasında üç dəyişiklik oldu - SƏRƏNCAM

Prezident Administrasiyasında üç dəyişiklik oldu - SƏRƏNCAM

Ölkə

30 Noyabr 2012, 11:43

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasında kadr dəyişikliyi ilə bağlı bir neçə sərəncam imzalayıb. Bu sərəncamlarla Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsi təsis edilib və təyinatlar olub

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev Zeynal Nağdəliyevi Prezident Administrasiyası rəhbərinin müavini təyin edib.

Prezidentin digər sərəncamı ilə Novruz Məmmədov da Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

Ölkə başçısının daha bir sərəncamı ilə Əli Əsədov da Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

Qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müavin gətirilən hər üç məmur bu təyinatadək uzun illər idi ki, elə Prezidentin Administrasiyasında yüksək vəzifə tuturdular.

Zeynal Nağdəliyev bu təyinatadək Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub.

 Novruz Məmmədov isə Administrasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri idi.

Əli Əsədov bu təyinatadək Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi işləyib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?