Modern.az

İvanişvilidən ermənilərə zərbə: “Onlara veriləcək torpağımız yoxdur”

İvanişvilidən ermənilərə zərbə: “Onlara veriləcək torpağımız yoxdur”

3 Dekabr 2012, 15:59

“Gürcüstan rəhbərliyi ermənilərə lazımı cavab verəcək”.Bu barədə Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Əli Məmmədov ermənilərin Cavaxetiya ilə bağlı irəli sürdükləri ərazi iddialarını Modern.az-a şərh edərkən bildirib. Ə.Məmmədovun sözlərinə görə, Gürcüstanın yeni hakimiyyəti də ermənilərin torpaq iddialarına lazımı cavab verəcək.

“Ermənilər bu iddialarını Gürcüstan prezidentinin Ermənistana səfəri ilə bağlamaq istəyirlər. Yeni hakimiyyətin də mövqeyi dəyişilməz olaraq qalacaq. Ermənilərin səsləndirdiyi iddialara baxmayaraq Gürcüstanın onlara veriləcək torpaqları yoxdur. Biz xəbərdarlıq etmək istəyirik ki, Cavaxetiya ilə bağlı erməni tərəfindəna atılan hər bir addıma lazımı cavab veriləcək”, - deyə deputat xəbərdarlıq edib.

Qeyd edək ki, Ermənistan ənənəvi olaraq qonşu dövlətlərə qarşı növbəti ərazi iddiası Cavaxetiya ilə bağlıdır. Yerevanda fəaliyyət göstərən "Cavakx" cəmiyyəti, "Mitk" analitik mərkəzi, "Yerkir" birliyi, Virk Partiyası və "Cavakx" xalq hərəkatı Cavaxetiyanın "qədimdən ermənilərin məskunlaşdığı ərazi olduğu"nu daima bildirir və guya, XVIII əsrin sonlarında bu bölgənin erməni əhalisinin böyük hissəsinin itirilməsi və bir hissəsinin başqa yerlərə köçməsi, bir hissəsinin isə sadəcə məhv edilməsi haqqında əsassız, dəlilsiz məlumatlar yayırlar. Həmçinin hazırda Cavaxetiya erməniləri Gürcüstandan muxtariyyət tələb edir və zaman-zaman bu məsələni qaldırırlar.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?