Gürcüstanda qərbyönümlü mövqeyi ilə seçilən Mixail Saakaşvili hakimiyyətinin parlament seçkilərinə devrilməsindən sonra hakimiyyət gələn yeni rəhbərlik ciddi kadr islahatlarına başladı. Belə ki, mətbuatda dəfələrlə Rusiyanın adamı kimi qələmə verilən Bidzina İvanişvilini hakimiyyətə gələr-gəlməz Saakaşvilinin qurduğu komandanı dağıtmağa müvəffəq oldu. Hətta, Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvilinin və digər yüksək vəzifələri məmurların həbsi ölkədə böyük səs-küy yaratdı. Bir çox politoloqlar hesab edirlər ki, Bidzinanın seçdiyi yeni strategiya sovet ənənələrini əks etdirir və Gürcüstanın qurduğu demokratik prinsiplərə ziddir. Doğurdanmı Bidzina Rusiyanın ənənəvi taktikasından istinafə edir? Bütün bunların arxasında Rusiyanın maraqları varmı?
Gürcüstan parlamentinin yeni üzvü, azərbaycanlı deputat Əli Məmmədov təmsil etdiyi İvanişvili hakimiyyətini apardığı kadr islahatları və o cümlədən, Saakaşviliyə qarşı yönələn təqiblərlə bağlı Modern.az-a açıqlama verib. Deputat ilk öncə Saakaşvilinin komandasında həyata keçirilən həbslərə toxunaraq bunun sovet ideologiyası ilə heç bir əlaqəsi olmadığını bildirib. Onun özlərinə görə, Gürcüstanın yeni hakimiyyətinin Saakaşviliyə qərəzli münasibəti yoxdur.
“Bizim Saakaşviliyə qarşı qərəzli mövqeyimiz ola bilməz”
“Yeni hakimiyyətin başlatdığı kadr islahatları demokratik prinsiplərəə zidd deyil. Necə olar ki, cinayətkar insanlar vəzifə tutsunlar? Bidzina İvanişvilinin əsas məqsədi ondan ibarətdir ki, öz vəzifə borclarını layiqincə yerinə yetirməyən məmurları sistemdən uzaqlaşdırılsın. Saakaşvili hakimiyyəti zamanı təyin olunan nazirlərin və yüksək vəzifəli məmurların həbs olunması və tutduqları postlardan uzaqlaşdırılması digərləri üçün də bir nümunədir. Bu hesab edirəm ki, doğru addımdır. Hakimiyyəti hər zaman cinayətkarlardan təmizləmək lazımdır”, -deyə Ə.Məmmədov qeyd edib.
Gürcüstan parlamentinin üzvü həmçinin bildirib ki, hökumətin prezidentin xərclərinin artılması ilə bağlı qərarı ədalətlidir.
“Kasıb bir ölkədə prezident bu qədər pul xərcləməməlidir”
“Belə bir kasıb dövlətdə bu qədər xərclərin olması təbii ki, artıqdır. Prezidentin xərclərinin azaldılması doğru addımdır. Bu o demək deyil ki, Bidzina Saakaşvili dönəmində çalışan bütün məmurları işdən çıxartacaq. Vicdanla işləyən professional kadrları kiminsə ixtiyarı yoxdur işdən çıxarsın. Cinayətkar məmurlar cəzalarını çəkməlidirlər”.
Anar RÜSTƏMOV