Modern.az

“Heydər Əliyev haqqında bədii filmin çəkilişlərində fasilə müvəqqətidir” - Kinostudiya direktoru

“Heydər Əliyev haqqında bədii filmin çəkilişlərində fasilə müvəqqətidir” - Kinostudiya direktoru

8 Dekabr 2012, 08:46

Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyev haqqında “Heydər Əliyev”, “Şəxsiyət və zaman” kitablarının motivləri və mərhum dövlət başçısının həyatı əsasında hazırlanmış ssenari ilə yeni bədii filmin çəkildiyini xəbər vermişdik. Amma "Ən sadə soyad" adlı filmin çəkilişləri bir müddətdən sonra dayandırılıdı.

Modern.az-a çəkilişlərin nə zaman davam etdiriləcəyini və fasilənin səbəbini şərh edən rejissoru Ramiz Fətəliyev bildirib ki, bu, Mədəniyət və Turizm Nazirliyindən asılıdır.
“Nazirlik film çəkilişlərinə gələn il başlanacağını deyib. O ki qaldı çəkilişlərin yarımçıq qalmasına bunun da səbəbini nazirlikdən soruşun“.

Mədəniyət və Turizm Nazirliyi ilə əlaqə saxladıq da, isə film haqqında məlumatı “Azərbaycanfilm” kinostudiyanın direktoru Müşfiq Hətəmovdan öyrənə biləcəyimizi bildiriblər.
Müşfiq Hətəmov isə filmin dayanmasının yaradıcılıq işləri ilə bağlı olduğunu deyib.
“Müvəqqəti konservasiyadır. Bəzi işlər gedir. Allah qoysa, yaxın vaxtlarda açıqlama verəcəyik. Filmlərdə adətən bu cür şeylər olur. Fasilə yaradıcılıq işləri ilə əlaqədardır”.

Filmin ssenari müəllifi olan millət vəkili Elmira Axundova isə hələ ki, iş getdiyini və heç nə deyə bilməyəcəyini qeyd edib.

Ümumilikdə Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstandan olan kinematoqrafçıların rol alacağı ekran əsərində Heydər Əliyev rolunu 5 aktyor canlandıracaq ki, onlar qəhrəmanın həyatının dövlərindən asılı olaraq bir-birini əvəz edəcəklər. H.Əliyevin yaşlı rolunu aktyor Aleksadr Nikitin ifa edəcək.

Şahanə Rəhimli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?