Modern.az

“Seçkilərdə qələbə qazanmaq imkanı mövcud deyil” - AÇIQLAMA

“Seçkilərdə qələbə qazanmaq imkanı mövcud deyil” - AÇIQLAMA

9 Dekabr 2012, 02:45

AXCP  vahid namizəd məsələsi ilə bağlı İctimai Palata daxilində yaranan qalmaqala aydınlıq gətirib. Partiyanın sədr müavini Fuad Qəhrəmanlı Əli Kərimlinin vahid namizəd məsələsi haqda səsləndirdiyi fikirlərə yönəlik iradlara cavab verib. Modern.az-ın məlumatına görə, bu haqda Facebook səhifəsində açıqlama verən F.Qəhrəmanlı bildirib ki, hazırki durumda diqqəti kimin namizəd məsələsinə cəlb edib müxalif düşərgədə daxili rəqabət və mübahisələr yaratmaqdansa  real mübarizə aparmaq lazımdır. AXCP rəsmisi həmçinin prezident seçkilərinə bir ildən az vaxtın qalmasına baxmayaraq indidən namizəd olmaq istəyənləri tənqid edib. O, vurğulayıb ki, bəzilərinin israrla "mən namizəd olacağam" iddasını səsləndirməsi elə təəsürat yarada bilərdi ki, sanki AXCP lideri namizədlik məsələsində öz mövqeyini ortaya qoymağa hazır deyil:

“Əli Kərimli uzun müddət vahid namizəd məsələsinin müzakirəsinə ehtiyac olmadığını bildirirdi. Əsas da bu göstərilirdi ki, demokratik seçki mühiti yaradılmadan namizədin kimliyindən aslı olmayaraq qələbə qazanmaq imkanı mövcud deyil. Ona görə real olmayan şansa görə diqqəti kim namizəd olsun məsələsinə cəlb edib müxalif düşərgədə daxili rəqabət və mübahisələr yaratmaqdansa, hər kəsin həmrəy olduğu demokratik seçki mühiti məsləsinə yönəldib birgə fəaliyyətin dairəsini böyütmək və mübarizə aparmaq lazımdır. Lakin bəzilərinin israrla "mən namizəd olacağam" iddasını səsləndirməsi elə təəsürat yarada bilərdi ki, sanki AXCP lideri namizədlik məsələsində öz mövqeyini ortaya qoymağa hazır deyil. Halbuki iqtidarın hər cür təzyiq,siyasi qətl hədəfi olmaqla Əli bəy istər meydan mübarizəsində, istər intellektual mübarizədə və istərsə də İctimai Palatanın təşkilatlanmasında özünün və komandasının öncüllüyünü təmin etməklə ən böyük cəsarəti və fədakarlıq nümunəsini uzun illərdir ki, göstərməkdədir”.

F.Qəhrəmanlı açıqlamasında müxalifət düşərgəsinə səslənərək bildirib ki, Əli Kərimli bu təkliflə öz gücünə və nüfuzuna daha çox əmin olmasının, buna görə də rəqabətdən qorxmadığını və mübarizəyə hazır olduğunun mesajını verir.

“AXCP və onun lideri cəsarətini idda ortaya qoymaqla deyil, mübarizənin əsas ağırlığını götürməklə ifadə etməyə üstünlük verir. Bununla belə Əli bəy vahid namizəd məsləsinin israrla müəyyənləşdirilməsi qarşılığında bu məsələnin müxalifət daxili seçki yolu ilə həllinə tərəfdar olduğunu bildirdi. Bu nə deməkdir. İlk növbədə bu müxalifətin bütün iddalılarına namizəd olmaq üçün bərabər seçki imkanı tanımaq deməkdir. Birlik istəyən məhz belə də etməlidir. Azərbaycan cəmiyyətinə müxalifətin demokratik qaydada öz arasından namizəd seçə bildiyini, deməli iqtidara gələcəyi təqdirdə ölkəni gerçəkdən demokratikləşdirə biləcəyini və cəmiyyətdə uzlaşma,vətəndaş sülhü yarada biləcəyini əyani şəkildə göstərmək deməkdir. Qələbə istəyənlərə məhz ən çox iddalını deyil, məhz ən gücülünü seçmək imkanı yaratmaq deməkdir. Əli bəy bu təkliflə öz gücünə və nüfuzuna daha çox əmin olmasının, buna görə də rəqabətdən qorxmadığını və mübarizəyə hazır olduğunun mesajını verir. O sadəcə idda ortaya qoymur, həmdə iddasını rəqabətli seçki yolu ilə çəkinmədən hər kəsə qəbul etdirməyə hazır olduğunu göstərir. Məhz bütün güclü liderlər belə etməlidirlər”, - deyə F.Qəhrəmanlı qeyd edib.

 

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?