Modern.az

Sərdar Cəlaloğlu Azər Zeynalovu belə təbrik etdi: “O, Rəsul Quliyevin tərəfdarlarından idi” - RUBRİKA

Sərdar Cəlaloğlu Azər Zeynalovu belə təbrik etdi: “O, Rəsul Quliyevin tərəfdarlarından idi” - RUBRİKA

Ölkə

13 Dekabr 2012, 13:35

Modern.az “Ad günü” rubrikasını davam etdirir. Bu gün opera müğənnisi, Azərbaycanın və Dağıstanın xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Azər Zeynalovun 48 yaşı tamam olur. Rubrikanın qaydasına uyğun olaraq, budəfəki mədəniyyət xadimimizi siyasi aləmin nümayəndəsi, Azərbaycan Demokratik Partiyasının sədri, Sərdar Cəlaloğlu təbrik edib:

“Azər bəy, əvvəlcə partiyamızın adından sizi təbrik edirəm. Şəxsən öz adımdan da Sizi təbrik edirəm. Hər şeydən əvvəl Sizə  can sağlığı, uzun ömür və  yaradıcılıq uğurları arzu edirəm.

Vaxtilə partiyada bir yerdə olmuşuq, çox yaxın münasibətlərim var.

O vaxtlar Azər bəy Rəsul Quliyevin tərəfdarlarının cərgəsindəydi. Demokratik hərəkatda iştirak edirdi. Mən onu çox yaxından müşahidə etmişəm. Bir insan kimi həddən artıq təmiz, sağlam düşüncəli çox gözəl bir insandır. İkincisi, sənətkar kimi Azərbaycanın çağdaş dövründə çox nadir sənətkarlardan biridir. Çox gözəl, təmiz saf, səsi var. Öz enerjisini yaradıcılığına verən bir insandır. Müəllim kimi də yaxşı bir pedaqoqdur. Bütün meyarlara görə, Azər bəyi çox yaxşı bir şəxsiyyət kimi qiymətləndirirəm.

Əgər Azər İtaliyada, Fransada, Almaniyada olsa idi, o indi bütün dünyada tanınmış bir müğənni olardı. Çox təəssüf ki, biz mədəniyyətimizi kifayət qədər dünyada tanıda bilmirik deyə, Azər ancaq milli çərçivədə qalıb. Azər həqiqətən də beynəlxalq çərçivəyə çıxmağa layiq olan, vaxtilə Rəşid Behbudov kimi bizi dünyada təmsil etmək imkanına malik olan nadir şəxsiyyətlərdən biridir”

Təbriki çatdırmaqda vasitəçilik etdi: Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?