Modern.az

Gülər Əhmədovanın YAP-dan çıxarıldığı rəsmən təsdiqləndi

Gülər Əhmədovanın YAP-dan çıxarıldığı rəsmən təsdiqləndi

Ölkə

15 Dekabr 2012, 12:39

Sabiq deputat Gülər Əhmədova Yeni Azərbaycan Partiyasının üzvlüyündən çıxarılıb. Məlumatı Modern.az saytına Gülər Əhmədovanın üzvü olduğu YAP-ın Bakı Dövlət Universiteti üzrə ərazi təşkilatından təsdiqləyiblər. Bildirilib ki, G.Əhmədova YAP üzvlüyündən dünən keçirilən toplantıda xaric edilib.

Gülər Əhmədova YAP-ın Qadınlar Şurasının da üzvü idi...

Qeyd edək ki, sentyabrın 25-də internetdə Elşad Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb.

Sabiq deputat Gülər Əhmədovanın Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin parlamentə seçilməsi üçün ondan 500 min dollar istəməsi ilə bağlı qalmaqallı videoçarx Bakı Şəhər Prokurorluğunda CM-in 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işinin qaldırılmasına səbəb olub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?