Modern.az

Arif Rəhimzadə: “Toponimiya Komissiyasına yeni sədr seçiləcək”

Arif Rəhimzadə: “Toponimiya Komissiyasına yeni sədr seçiləcək”

Ölkə

17 Dekabr 2012, 12:42

“Milli Məclisin Toponimiya Komissiyasına yeni sədr seçiləcək”. Bunu Modern.az-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. O bildirib ki, parlamentin Toponimiya Komissiyasına kimin sədr seçiləcəyi  hələki məlum deyil.
“Komissiyanın sədri iclas zamanı müəyyənləşəcək. Komissiyanın iclası isə nə vaxt keçirəcəksə, o zaman da sədr seçiləcək. İclasın dəqiq tarixi hələ ki, məlum deyil.

Qeyd edək ki, Milli Məclisin Toponimiya Komissiyasının sədri, akademik Budaq Budaqov bir müddət əvvəl uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib və komissiyanın sədr vəzifəsi boş qalıb. Xatırladaq ki, Budaq Budaqov həm də Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, Ağsaqqallar Şurasının sədri idi.

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?