Modern.az

Amerikan məzhəkəsi...

6 Noyabr 2020, 16:50

Qəzənfər Həmidoğlu

Dünyaya demokratiya dərsi keçən ABŞ özünün prezident seçkisində sinifdə qaldı. Noyabrın 3-də keçirilən seçki və səslərin sayılması prosesi amerikan seçki sisteminin fiaskosu və ya seçki paradoyası oldu.

Maraqlı və parodaksal situasiyadır: seçkidən Tramp qalib çıxır və... hakimiyyəti Bayden qazanır!

Amma kim qalib çıxır-çıxsın, sonda uduzan Amerika olacaq: uduzan tərəf udanın qələbəsini tanımayacaq, dünyanın ən güclü dövləti legitimlik problemi ilə üzləşəcək.

Əcaib iddialar var: qubernatorlar üzvü olduqları partiyanın xeyrinə seçkiyə müdaxilə edir, şübhəli səslərin yenidən sayılmasına əngəl yaradılır. Amerikada ölülər də "səs" verir, özü də poçtla...

Hazırda seçkinin nəticələri qeyri-müəyyən olaraq qalır: poçtla göndərilən milyonlarla səsin sayılmasl bitmək bilmir.

Hər iki namizədin qələbə şansı qalır: hər şey Nevadanın (6 seçici səsi) necə səs verdiyindən asılıdır.

Baydenin cibində 264 seçici səsi var. Qələbə (270) üçün 6 seçici səsi yetərlidir.

214 seçici səsinə sahib olan Tramp Şimali Karolona, Pensilvaniya, Corciya və Alyaskada hazırda nail olduğu üstünlüyü qorusa, 268-i görəcək.

Belə olarsa, Ağ evdə kimin oturacağını Nevada müəyyən edəcək. Bu halda, yekun konfiqurasiya: 270-268 - Bayden qazanır, 274-264 - Tramp qazanır.

Yuxarıdakı ştatlardan birindən, özəlliklə də Pensilvaniyadan "salamat" çıxmasa (bəzi ştatlarda üçüncü dünya ölkələrində rast gəlinən həlləm- qəlləm işlərlə Baydeni önə çıxarmağa çalışırlar), Trampın şansı sıfırlanacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rus ordusu Zəngəzura girir: Bölgədə durum dəyişir-