Modern.az

Müdafiə və hücum - Bizə hansı lazımdır?..

19 İyul 2020, 20:10

Elçin Alıoğlu

 

Müdafiəvə hücum. İki fərqli anlayışlar olsa da, biri o birini ehtiva edir, o biri də bu birindən doğur.

Fəlsəfəni bir kənara qoyub mətləbə keçirəm.

Son günlərin hadisələrin yaratdığı bir sual var: Ermənistanla nə etməliyik?

Bəribaşdan yazım ki, Rusiya və İranın siyasətçilərinin, media mənsublarının, hərbçilərinin və ilaxırının Azərbaycanla bağlı dedikləri "dəstək" bəyanatlarına əsla inanmıram və bu, mənim subyektiv fikrim, hüququmdur.

Azərbaycanı öz aralarında parçalamış iki dövlətə niyə inanmalıyam ki - ifadəsi ən bəsit izhar formatım sayıla bilər.

Ermənistana gəldikdə isə, bu ölkə dövlət sərhədlərimizi tanımır. Yəni beynəlxalq qanunlara görə, faktiki olaraq de-yure ermənilərlə aramızda sərhəd yoxdur.

Mesamor AES-i vura bilərik kimi fikir istehsalına varmaq istəməm. Çünki çox zərərlidir və əleyhimizə işləyir.

Lakin zərurət yaranarsa, Azərbaycan çox asanlıqla Ermənistanla aramızadakı "sərhəd"i keçə bilər. Yaxud Ermənistanın sərhədlərimizə yaxın bölgələrindəki hərbi obyektlərini vura bilər.

Ermənilər də əla bilirlər ki, Azərbaycanla yeni hərbi toqquşmaya, savaşa tab gətirə bilməyəcəklər.

Bu, bravur açıqlama deyil, çünki pafosdan, səthi və gurultulu ifadələrdən həmişə uzaq olmağa çalışmışam.

Problem Ermənistan yox, bu zavallı və bədbəxt ölkəni daim əl tulası, geosiyasi oyunlarında təzyiq vasitəsi kimi istifadə edən Rusiyadır.
Azərbaycan yeni savaşa başlayan kimi Rusiya Ermənistanın yanında olacaq.

Bunu bilməyimiz gərəkdir.

Soyuqqanlı, ehtiyatlı, fəndli olmalıyıq. Qələbə üçün bütün vasitələr işləkdir - cəngavər turnirləri dövranı çoxdan geridə qaldı.

Azenkur və Kresi savaşlarında...

Sizə yeni x var
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur