Modern.az

Döyüş bizim xirtdəyimizdir.

14 İyul 2020, 09:28

Vasif İsmayıl


Döyüş bizim xirtdəyimizdir, alnımıza yazılmayıb hələ ki...

Cəbhədən döyüş xəbərləri gəlir. Ardınca da itkilər. Yenə xəbər lentini ürəkdağlayan şəhid valideynləri şəkilləri "bəzəyir".

Dostlar, gəlin, belə edək!

Bir kərə, çox təkrar paylaşırsınız. Özünüş şərh verərək paylaşanda məsələ qalmır. Diqqət edin, lütfən!

Yoxlanmamış xəbər paylaşırsınız. Çox diqqət edin, lütfən!

İndi isə gələk döyüşləri pisləyənlərə, pasifizm çağırışlarına, "kasıb valideyn-şəhid valideyni" məsələsi və bunun kimi digər demoralizasiya yaradan yanaşmalara.

Susun!

Sizin dediklərinizi biz də bilirik. İndi yeri deyil.

Döyüş bizim xirtdəyimizdir.

Azərbaycanda sizin FB çağırışlarınızla hökümətin hansı addımı atdığını görmüsünüz? Siz burada yazırsınız deyə, qərar verənlər həmən özlərini düzəldəcəklər?

Etməyin!

Bir para, qanımızı it qanına döndərirsiniz.

Müharibə, döyüş elə bir məfhumdur ki, orası cəmiyyətin xitrdəyidir. Vermişik xirtdəyimizi əllərə, indi də havasızlıqdan çırpınan zavallı vətən övladlarını ruhsuz zombilərə çevirməyin.

Belə fərasətliyiksə, enerjimizi, maarifləndirməmizi camaatı seçkilərə çağıran zamana saxlayaq. Yox, əgər indiyə qədər camaatı inandıra bilib şəffaf cəmiyyət qura bilməmişiksə, oturaq oturduğumuz yerdə.

Düşmən, bəli, məhz DÜŞMƏN səni, konkret olaraq səni sevmir, sənə nifrət edir, səni məhv etmək arzusu ilə yüzillərdir yanıb-tutuşur. Biz, cəmiyyət olaraq düşmənə bizə nifrət etməsi üçün tarixdə səbəb və bəhanə verməmişik.

Düşmənimiz nanəcibdir.

Bir nanəcibdən ötrü milləti burada qanqaraçılığa salmayın.

Sadə erməni mi? Üzülürəm mi?

Əlbəttə!

Amma bu gün sadə erməni öz xalqının, hakimiyyətinin qırğın, soyqırım siyasətini dəstəkləyirsə, qırılacaqlar.

Biz isə cəmiyyəti səfərbər etmədiyimiz üçün qırılacağıq.

Amma haqlı tərəf bizik. Sadəcə vermişik... xirtdəyimizi ellərə…

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı