Modern.az

Oğlumu nifrətə köklədim...

19 May 2020, 17:51

Vasif İsmayıl

Siyasi məsuliyyət haqqında...

Geniş mövzudur. Hər şeyi əhatə etməyəcəm... 

Son günlərdə cəmiyyətimizdə gedən söhbətlər məni çox iyrəndirib. Hər şeyin daşını atıb ailəmlə, işimlə məşğul olmaq qərarına gəlmək üzərəyəm.

Əslində, mən özümü həmişə ictimai xadim kimi görmüşəm. Mənə bu adı yaraşdıran da var, yaraşdırmayan da. Sonuncuları anlmağa çalışıram, amma onların fikrində ciddi təəssübkeşlik olduğu üçün, sözün düzü, heç vecimə də deyil.

Nə isə...

Bax, qardaş, siyasi mesajlar danışmağa başladınsa, gərək dilini düzəldəsən. Hətta öz evində belə. Mən cinsi oriyentasiya haqqında çıxış edəndən sonra mənə ilk etiraz edən öz oğlum oldu. On altı yaşında artıq məndən hündür oğlan. Dostları ona gülürmüş deyə. Özümü xatırladım. O yaşda. Atama etiraz edirdim. Amma içimdə. Üzünə deməyə cürət edə bilmirdim. Haqlı olub-olmadığımı bilmirəm. Amma oğlumla oturub danışdıq. Neçə dəfə. Ona insanların əslində nə qədər qəddar ola biləcəyini öyrətməyə çalışdım.

QƏDDARLIQ!!!

Başqa vaxt Pink Floydu bəyənmirsiniz. Onlar nə demişdilər? Bizə qaranlıq fikirlərin öyrədildiyi təhsil lazım deyil!

Amma mən oğluma qəddarlıq məfhumunu danışdım. Onu nifrətə köklədim bir şəkildə.

Siyasi davranmadığım üçün.

Mən bütün yanaşmalarımda siyasi davranmaq qərarı vermişdim bir müddət. Bir müddət mənim bütün hərəkətlərimə Elkin, Rəşad, Nizami, Elçin, Elvin, Füzuli və s. insan nəzarət edib deyə.

Amma düşünürəm, siyasi davranışı buraxsammı?

Bilirsiniz, ictimai xadimin tormozu yoxdur. O qədər döşənəcək mövzu var ki!

P.S. Bütün nifrət nitqi yayan insanlar diz üstündə camaatın qabağında üzr istəməlidirlər. Bəhanəsiz.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi