Elçin Alıoğlu
Feminizmi seksual azadlıq, vaginal hürriyət səviyyəsinə endirənlər elə əsl antifeministlərdir. Dünən Bakının mərkəzindəki şounun fotolarına və videolarına tamaşa etdim.
Heyf, bütün normal ideyalarının zayını çıxartmaqda xüsusi bacarıqlı olduğumuzu bir daha anladım.
Bullinq, məişət zorakılığı, qadın hüquqlarının pozulması, yetkinlik yaşına çatmamışların zorla ərə verilməsi, maskulizmin ifrata çatdırılması murdarlıqdır.
Bu idiotizmə heç bir halda hansısa dəyərlərlə haqq qazandırmaq olmaz.
Amma dünənki şounu da heç bir halda feminizm yürüşü saymıram. Ən azı ona görə ki, yaxın dostlarım arasında avropalı feminist xanımlar az deyil.
Bakıda yürüş edənlərin arasında da adekvat adamlar var, sözsüz.
Fəqət ki, görüntülər çox pis mənzərə yaratdı.
Ailə dəyərləri, mənəvi tabular deyilən nəsnələr var, feminasistlər. "Ən azad" ölkələrdən biri saydığınız Fransada belə şüarlar mütləq şəkildə ostrakizm hədəfi olardı.
"Vagina mənimdir, mən bilərəm" kimi marazmatik şüarın antitezini kişilər hansı formada deməli, əcəba? Absurd və tragikomediya...