Modern.az

SSRİ-nin sonuncu mehtəri öldü...

26 Fevral 2020, 15:46

SSRİ-nin sonuncu marşalı Dmitri Timofeyeviç Yazov 96 yaşında öldü.
Orta və yaşlı nəslin adamları bu adı yaxşı xatırlayır. Yazov yüksək çinli rus zabitlərinin ən küt, nadan və kobud nümayəndələrindən biri olub. Heç bir uğurlu döyüş əməliyyatının iştirakçısı olmayıb. Bizim ölkədə onu daha çox qanlı 20 Yanvar hadisələrinin təşkilatçı və icraçılarından biri, yəni qatil kimi tanıyırlar. Yaxşı yadımdadır, faciənin baş verdiyi vaxtın ertəsi günü o vaxtkı gəncliyin təzyiqi ilə Ali Sovetin fövqəladə iclasında çıxış edən Xalq yazıçısı İsmayıl Şıxlı ürəkağrısı ilə dedi: “Bəlkə də bu qanlı hadisədən az sonra Yazova marşal rütbəsi veriləcək...” Belə də oldu. Həmin ilin aprel ayında o vaxt ordu generalı olan SSRİ Müdafiə nazirinə ən yüksək hərbi çin – marşal rütbəsi verildi.

Məlum uğursuz QKŞP “əməliyyatının” bədnam təşkilatçılarından biri olan Yazov 1991-ci ildə həbs də edilmişdi.

Bəli, rus hərb tarixinin üzqaralarından biri öldü.
Bəs müxtəsər yazının adı niyə bu cürdür: “...sonuncu mehtər...”?
Məsələ burasındadır ki, “marşal” frtansız dilində “atabaxan”, “mehtər” deməkdir... Amma bu cür adama nəinki at, heç eşşək də tapşırmaq düzgün deyildi.

P.S. Belə yerdə son vaxtlar rüşvətə görə həbs edilən, üstəlik rəhbərlik etdiyi rayonda eşşək fabrikinə qəyyumluq edən bir icra başçısı yada düşür.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi