Vasif İsmayıl
Heç düşünmüsünüz mü, insanlar niyə şirin dadı sevir?
Doğrudur, mən turş dad həvəskarıyam, amma bunun səbəbi mənim yetişdiyim ailədə, ümumiyyətlə bizim mətbəxtə turş dadın xüsusi yeri olmasıdır. Qatıq-südlə böyüyən, ayran içən cəmiyyətlərdə turş dad həmişə xüsusi yer tutub.
Amma şirin dada olan məhəbbət universaldır.
Əslində bunun səbəbi çox bəsitdir.
Təbiətdə şirin dad verən qida maddələri daha asan əldə olunur.
Yağ desən, yağlı bitkilər çox yayğın deyirlər. İnsanlar bitkilərdən yağ emal etməyi nisbətən yeni öyrəniblər.
Zülal desən, əsas zülal mənbəyi 4 ayaq üzərində sürətlə qaçan heyvanlardır - onları ovlamaq üçün ciddi-cəhdlə çalışmaq lazımdır.
Qaldı karbonhidratlar.
Onlar isə çox vaxt ağacda dadlı-dadlı sallanırlar - məni ye deyirlər.
İndiyə qədər sizə yazdıqlarımız doğru olsa da, əsas səbəb bu deyil.
1 qram təmiz karbonhidrat (qlükoza) 4 kilokaloriya enerji verir.
1 qram təmiz zülal 4 kilokaloriya enerji verir.
1 qram təmiz yağ 9 kilokaloriya enerji verir.
Amma yağ və zülalı sindirmək üçün əlavə enerji xərclənir.
Qlükoza isə qeydsiz-şərtsiz 4 kilokaloriya verir. Öz də digərlərində olduğu kimi azotlu tullantı maddələri alınmır (azotlu birləşmələr orqanizm üçün ağırdır).
Qlükoza hər bir orqanizmin asanlıqla qurtulacağı karbon qazı və su verir.
Vəssəlam!