Modern.az

Feminizm nədir?

16 Sentyabr 2019, 17:57

Vasif İsmayıl


Vallah, nə olduğunu bilmirəm. İndiyə qədər heç maraqlanmadığım mövzudur.

Mənim maraqlandığım, mənim qan təzyiqimi qaldıran, üzümü qızardan, məni özümdən çıxaran yeganə şey....ədalətsizlikdir.

Yalan da ədalətsizdir.

Zülm də ədalətsizdir.

Feminizm nədir - bilmirəm.

İndi bilmədiyim üçün dünyanın ən "posledni" adamı da deyiləm. Bilmirəm də!

Mən "mizoqoniya" da nədir, bilmirdim - Talehin videosunda ilk dəfə eşitdim.

Etdiyim bəzi işlərə bəzi insanların reaksiyasını görəndə fikrə getdim: Noluyo, lan?!

Sonra bir az incələyərək anladım.

İnsanlar çox vaxt stereotiplərlə düşünürlər. Asandır daaa,..2-3 dənə postulat əzbərləyib hamını mühakimə edirsən - hakim kimi lap.

Mənim düşüncəmdəki taxtaları yerinə Qiyasəddin oturtdu. "Sosialist olmadan feminist olunmaz!" fikri ilə.

Bəxtəvərəm axı, qarşıdan ciddi seminar da gəlirdi. Oturub primatların, yəni bildiyiniz meymunların əxlaq normlarını oxumaq məcburiyyətində qaldım. Çox da etiraz etrməyin, biz insanlar da meymunuq... qəbul edin artıq.

Nə isə.

Onlarda sürüdəki münasibətlər 2 faktor ilə tənzimlənir: qida əlçatımlığı və təhlükə.

Qanunauyğunluq belədir:

Qida boldur, təhlükə yoxdur - matriarxal düzən, nəsil qadın xətti ilə ötürülür (female-kin bonding)

Qida boldur, təhlükə var - bir erkək və hərəmxana.

Qida azdır, təhlükə var - 2-3 erkəyin ortaq hərəmxanası (məsələn, şimpanzelər). Nəsil ancaq kişi xətti ilə ötürülür (male-kin bonding).

Burada balaca bir faktor daha var. Əgər övladı yetişdirmək çətindirsə, o zaman erkək övlad yetişdirilməsində rol almalıdır. Erkək öz övladına qulluq etməzsə, sonsuz qalacaq - kimsə övladını öldürüb yeyəcək.

Bu zaman patriarxallıq meydana gəlir.

Yəni, insandakı kimi.

Sosializm nə deyir?

Hamıya bərabər yemək, bərabər şərait və s. və s.

Yəni öz kökümüzə... ilkin meymunlara qayıdaq.

Yəni, sosializm qadınları, dişiləri yenidən bərabər qılır. Yenidən qadın hakimiyyəti yarada bilir, zira qadınlarla bərabər olunsa, qadınlar daha zəkidir və tezliklə hakimiyyəti əllərinə alacaqlar.

Qiyasəddin bu mövzuda haqlıdır.

Həqiqətən də, sosialist olunmadan feminist olunmaz. Biologiya belə deyir.

Amma bir şeydə haqlı deyil.

Biz gibbon (monoqam meymun cinsi) deyilik, hardasa 5 milyon il əvvəl şimpanzelərlə, ən aqressiv meymunlarla eyni kökə sahibik. Bizə rahatlıq batır. Nə qədər sakit yaşasaq da, kiminsə oğlunu öldürüb ətini yemək istəyəcəyik (şimpanzelər bunu qidalanmaq məqsədilə deyil, daha çox öz üstünlüyünü isbat etmək məqsədilə edirlər).

Ola bilməz deməyin. Üstümə çürük yumurta atacaqsınız, amma dədələrimiz Səfəvilər bu qədim adəti axıra qədər edirdilər. Düşməni öldürüb ətini yeyirdilər.


P.S. Aşuradan 2 gün keçib. Başını yaranların yaraları hələ sağalmayıb, amma İranda ümumdünya erməni oyunlarına start verildi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi