Elçin Alıoğlu
Əvvəlcə fəlsəfədən başlayaq. Tanrının olmadığına inanmayanlar az deyil.
Halbuki Onun varlığının sübutunu çox aramaq gərək deyil.
Əgər Tanrı olmasaydı, kimsə bizi "Bəyaz gecələr"in davamından və ya pop-müğamın hip-hop+muğama çevrilmə eksperimenlərinin davamından hifz etməzdi.
Tanrı olmasaydı, hər tindən Rəqsanənin yeni mahnıları səslənərdi. Səsi dəyişmək istəsəniz daha pisi səslənərdi.
Məsələn, Pərviz Bülbülənin və ya Damlanın yeni ekzersisləri kimi. Bir sözlə, Manıs-apokalipsis olardı. Yəni "Day M".
İndisə keçək əsas məsələyə.
Xəbəriniz var yəqin, bu il "Matris" filminin 20 yaşı tamam oldu.
Bəs sonra?
"South Park"ın da 20 yaşıdır.
"Doqma"nın.
"Blerdən olan cadugər"in.
"Amerikan piroq"unun. Yəni o filmdə yeniyetmə yaşlarında baxanlar indi Stiflerin anası yaşındadı.
Zemfiranın ilk albomunun 20 yaşı tamam oldu.
20 il nədir ki.. Yeniyetmələr 20 il əvvəl böyüklərə üsyan edirdilərsə, indi onların öz dövrləri var. Xatırlayıb, köks ötürmək üçün.
O yeniyetmələrdi təhsilini bitirib işləməyə getdi.
Sanki dünən yapışdırdığınız divar kağızlarını qoparıb yenisini seçdiniz.
Özünüzə uşaq yaratdığınız. Bəzilərinizsə hətta nəvələri də var.
Bu, sizin dövrünüzdür. Sürət qatarı kimi dayanmadan irəli şütüyür.
"Avatar"ın 10 yaşı tamam oldu. Həmin filmə baxanda əl-ələ tutub gizlicə köks ötürənlərin övladı indi 3-cü sinfə gedir.
Tempus sürətlidi, heç kimi gözləmir. Əgər kimsə düşünürsə ki, qatardan düşüb, yanılır. Əslində perron qatarla birlikdə şütüyür.
Sadəcə, rahatlığı azdı.
Vaxt azalır, onu boşluğa sərf etməyin.
Uzun müddətdən bəri təxirə saldığınız işi xatırlayın və özünüzdən soruşun: İndi olmasa, bəs nə zaman?!
Bu cızmaqaranı oxumazdan əvvəl məşğul olmaq istədiyiniz əməli yada salın.
Və deyin: "Gerçəkdənmi daha yaxşısını edə bilmərəm?!"
Möhkəm olun.