Modern.az

İlahilər haqqında

26 Avqust 2019, 12:17

Vasif İsmayıl

Hərdən Seyid Nəsimiyə sadəcə seyid olduğu üçün şiə deyildiyini eşidirəm - gülməyim tutur. Nəsiminin fəlsəfəsi İslamı çoxdan keçib də... küfrə yaxınlaşıb, Allaha şükür, zira bu imanda bir zad yoxdur.

Nəsimini maraqlandıran din deyildi, insandı.

Eləcə də Anadolu müsəlmanlarını maraqlandıran fəlsəfənin din ilə əlaqəsi yox idi də, adını din qoymuşdular.

Məni vaxtilə oyandıran hadisələrdən biri türkiyəlilərin dinlədiyi ilahilər olmuşdu. Təbiətən, dini musiqi sevən biriyəm. Yəqin əksəriyyətinizdən daha çox rus pravoslav mahnıları, katolik mahnıları dinləmişliyim vardır.

Amma islami musiqidən ən çox sevdiyim "Severim ben seni", "Sordum sarı çiçeye" mahnılarıdır. Bir də Bülbül ilahisi var.

Bunlardan "Severim ben seni" və o Bülbül ilahisi əslində islamın təməl məntiqinə ziddir. Bülbül ilahisindən belə bir söz var: "Bu nə təriqətdir, dindən daha böyük".
"Severim ben seni" mahnısında isə... "bu necə bir küfrdür ki, dindən daha içəridir..." sözləri var.

"Severim ben seni" müxtəlif düzənləmələrdə qarşımıza çıxır. Ən çox sevdiyim Ziya Uğurun aranjemanıdır. Çünki tamamilə islami qaydalara uyğun dəf və ney ilə ifa edilir. İslamda simli çalğıların hamısı qadağandır. Bir də Ziya Uğur aranjemanı ərəb ritmləri ilədir.... Belə başqa aləmdir.... zarafatsız.

Severim seni ben candan içeri
Yolum vardır bu erkândan içeri
Beni bende demem bende değilim
Bir ben vardır bende benden içeri
Senin aşkın beni benden alımıştır
Ne şirin dert bu dermandan içeri
Süleyman kuş dilin bilir dediler
Süleyman var Süleyman'dan içeri
Dini terk edenin küfürdür işi
Bu ne küfürdür imandan içeri
Beni bende demem bende değilim
Bir ben vardır bende benden içeri.

Amma Ziya Uğur və digərləri azacıq xaltura edirlər. Küfr ilə əlaqədar hissəni oxumurlar. Halbuki,  bunu qələmə alan Yunus İmrə belə yazmışdı. Öz aləmlərində böyük ustada düzəliş verirlər.

P.S. Bu arada, Bülbül ilahisini Karunesh Oriental song deyə aranjeman edib. Dəhşət şeydir. Dinləyin.

//www.youtube.com/watch?v=sXV_nN_qvu0&feature=youtu.be&fbclid=IwAR1UblkJM6oN6wlzkdfxINRAfStSNPwtHH1CRr7LKxx_U7neTBqWXiWawtk

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi