Modern.az

Monarxiya, Tiraniya, Aristokratiya

13 İyun 2019, 14:49

Firuz Mustafa

Doğrusu, ən yaxın dostlar belə, məndən tez-tez soruşurlar: "Özünü niyə yorursan?"
Mənsə öz maarifçilik missiyamı davam edirəm.

 P l a t o n a görə, onun yaşadığı dövrdə 6 dövlət növü mövcud olub: 

1. Monarxiya - bir nəfərin ədalətli hakimiyyəti
2. Tiraniya- bir nəfərin ədalətsiz hakimiyyəti
3. Aristokratiya- azlığın çoxluq üzərində ədalətli hakimiyyəti
4. Oliqarxiya- azlığın çoxluq üzərində ədalətsiz hakimiyyəti
5. Demokratiya- çoxluğun ədalətli hakimiyyəti
6. Timakratiya- çoxluğun ədalətsiz hakimiyyəti; bu cür hakimiyyət polis, ordu, hərbi güc vasitəsi ilə həyata keçirilir.

Platona görə, 7-ci dövlət növü də vardır, bu, gələcəyin dövlətidir, həmin dövləti Platon İdeal dövlət adlandırırdı.

A r i s t o t e l ə görəsə 6 dövlət növü mövcud olub:

1. Monarxiya
2. Tiraniya
3. Aristokratiya
4. Oliqarxiya
5. Oxlokratiya (İzdihamın idarə etdiyi hakimiyyət)
6. Politiya (Orta oliqarxiya ilə orta demokratiyanın qarşılıqlı idarə etdiyi hakimiyyət).



Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi