Modern.az

Mötəbər təşkilatdan uşaq başı qatmaq cəhdi

2 May 2019, 09:42

Mülatif Adurov,
QHT rəhbəri, veterean telejurnalist


Elə bilirdilər ki “çox sağ olun” deyəcəklər  bu dırnaqarası əzəmətli qərara görə. Hətta bəziləri bunu dövlətin mühüm qayğısı kimi dərk edib efirlərdə razılıqlarını çatdırırdılar. Əslində isə açıq-aydın görünürdü ki, bunlar öyrədilmiş çıxışlar idi (hamısı eyni mətni təkrar edirdi – eyni cümlə, eyni  təbəssüm, eyni ifadələr).


Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin 1-ci rübünün sosial-iqtisadi  inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı iftixar hissi ilə bildirdi ki, son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən 2-ci ölkə olmamışdır.  Çox uğurlu və ürəkaçıcı inkişafdır! Bizim potensialımız güclənib. Bunlar isə xalqa xidmətdə özünü göstərməlidir. Bəs əlaqədar təşkilatların başçıları bundan hansı nəticəni çəxardılar?


Uzun müddətdir ki, daha firavan güzərana yol açan prezidentimizin  islahatlarından  bəhrələnən sakinlər təkliflərini də irəli sürürlər. Onlar əsasən qaz və elektrik istehsalı lideri olan ölkəmizdə əhalinin qaz və elektrik limitinin artırılması və ya ləğvi ilə bağlı məsələyə yenidən baxılmasını istəyirlər. Elektrik enerjisində limitin ləğvinə hələlik heç baxılmayıb, qaz limiti isə çox az – cəmi 500 kub artırılıb. Bu nə deməkdir? İqtisadçılar da, millət vəkilləri də bunu uşaq başı qatmaq kimi dəyərləndirirlər. Axı, prezidentimiz islahatların xalqa xidmət edəcəyinə yönəldiləcəyini dönə-dönə açıqlayıb. Bundan nəticə çıxaranlar isə bixəbər mövqe tuturlar.  Prezident neyləməlidir? Tarif Şurasının əvəzinə özü qərar çıxarmalıdır?

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi