Firuz Mustafa
Nostramus, Vanqa, Messinq, Cuna, Keysi, Gürciyev...
Əlbəttə, bu adamların hər biri təbiətən fitri idi. Amma gələcək haqda yalnız elmi biliklərə söykənən proqnoz və mülahizələrə inanmağın tərəfdarıyam. İnsanın sifətinə görə az qala hökm verən və ya postulat irəli sürən fizioqonomika elmini də qəbul etmirəm. Bunlar öz yerində...
Amma burası da var ki, şəxsi təcrübə və müşahidələrimə əsaslanaraq bir çox adamların sifətininə baxanda xasiyyətini o dəqiqə müəyyənləşdirə bilirəm. Təbii ki, hamının yox, məhz “bir çox adamların”.