Modern.az

Söyüşü gözdən salmaq olmaz...

4 Fevral 2019, 22:42

Firuz Mustafa

Deyir ki, bizi söyənləri biz də söyməliyik.

Rəhmətlik Mirzə Fətəlinin əsərindən birinin personajı, səhv etmirəmsə vəkil-hüquqşünas, yanına gələn şikayətçilərə təxminən bu cür məsləhətlər verir: “Qonşu sənin atının gözünü çıxarıb? Get sən də onun atının gözünü çıxart”. “Sənin qardaşını öldürüblər? Get sən də onların qardaşını öldür”. 

Təsəvvür edin ki, aradan 150 il vaxt keçib. Elə hələ də o cür düşünənlər var.

Amma... hərə başını aşağı salıb öz iş-güzüylə vicdanla məşğul olsa, heç söyüşə və döyüşə də ehtiyac qalmaz.
Söyüşü gözdən salmaq olmaz. Təəccüblənməyin. Az qala bütün dillərdə belə bir ifadə var: “Söyüşün biri bir qəpik idi...”.

 Yəni bəzən onun qiymətini ucuzlaşdırırlar. Deməli, söyüşün də öz qiyməti var. Onun dəyərini azaldıb gözdən salmaq olmaz.

Bütün bunlar öz yerində.

Çalışın nə özgəsini söyün, nə də özünüzü söydürün.

 

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi