Modern.az

Dəb: hərə bir şey yeyir ...

6 Avqust 2018, 09:19

Mülatif Adurov,
veteran jurnalist


Qonşuluğumuzdakı yataqxanada bir gənc ləzgi oğlan yaşayır.  Çox tərbiyəli, ağıllı oğlandır. Tez-tez bizə gəlir, uşaqlarımla dostluq edir, futbola gedir, müxtəlif əyləncələrdə birgə iştirak edirdilər.

Bir gün həyat yoldaşım mənə dedi ki, həmin oğlan evlənmək istəyir, amma gəlini yataqxanaya gətirmək istəmir, ev kirayələməlidir. Bəlkə ev kirəyələnədək bizim evdə qalsın?

- Lap yaxşı olar, ona üz-gözümüz öyrəşib, gəlinlə də dil taparıq. 

Aradan xeyli keçdi. Pəncərənin qabağında durub həyətə baxırdım. Bir də gördüm ki, köhnə bir “Jiquli” bizim blokun ağzında dayandı, gəlin paltarlı bir qız çevik hərəkətlə maşından düşdü. Bu dəm həmin qonşu oğlan da ona tərəf qaçıb cəld hərəkətlə qızı iki qolları arasında qaldırıb rusfason bir neçə dəfə dövrə vurdu. Kimsə:

- Ay bala. o ağırlıqda gəlini heç qaldırmaq olar? Göbəyin düşər ...


Oğlan heç kimə məhəl goymadan bloka girdi. Təngənəfəslə gəlini bizim mənzilə gətirdi. 


- Dadaş, dedi (o məni belə çağırırdı),-  mən gəlini gətirdi, hara qoysun?

Elə bildim zarafat edir, mən də bədahətən:

- Qoy televizorun üstünə, - dedim.


Bu kəlmə ağzımdan çıxmamış gəlin evin ortasında ayaqqabılarını çıxarıb divanın üstündəki balınclardan birini ayağının altına qoyub dırmaşdı televizorun üstünə. Yaxşı ki, televizorumuz illərin köhnəsidir, lampalıdır, enlidir. Təzələrdən – rəqəmsallardan olsaydı üstündə otura bilməzdi. Məəttəl-məəttəl baxdığımı görən oğlan dilləndi:

- Sözə baxan qızdır, qaynanam deyirdi.

- Mən zarfat etdim qızım, düş divanda otur.

- Gəlinlik paltarı əzilər, axı!

- Evdəsən də, donunu çıxart ...


Gəlin evin ortasındaca gəlinlik paltarını çıxarıb alt paltarında divana oturdu. Hamımız gülüşdük, nə deyəsən. Beləcə, hər gün bir qəribəliklə üzləşirdik. Hər gün bol-bol meyvə yeyirdi. Stola üzüm qoyulan kimi salxımları bir-bir ağzına çəkirdi.

- Qızım, üzümü gilə-gilə yeyərlər.

- Siz deyən armuddur.

- Armudu dilim-dilim yeyərlər.

- Səhv edirsiniz. Siz deyən qarpızdır...


Bunlar heç, ən dəhşətlisi bu idi ki, hər gün iki kilo ət yeyirdi. 

- Qaynanam deyir ki, hamilə qaldıqca ət məsrəfi daha da artacaq.


Günlər  beləcə qərbəliklə ötürdü. Oğlanın bir hərəkəti xoşuma gəlmişdi ki, nə rus, nə erməni, nə də digər millətin qızını almışdı. Uzun bir yol qət edərək Dağıstanın Axtı rayonuna üz tutmuşdu, öz millətindən qız almışdı. Bəlkə də peşiman idi. Yazıq pul çatdıra bilmirdi. Söhbətlərimizin birində dedim ki, qaynanan bunlardan xəbərdardır?

- Hə, hamısını bilir. Deyir ki, indi hamı yeyir, hərə bir şey. Bax, ermənilər poğ yeyir ( onlar pula “poğ” deyirlər), Azərbaycanda bəzi məmurar şəhərdə otura-otura kəndlilərin minlərlə hektar torpağını ələ keçirib yeyirlər. Bəzi prokurorlar, hakimlər, icra başçıları  da milyon –milyon pullar yeyirlər, bazarlarda alverçilər qan içirlər, nə bilim, həkimlər ... Hamı-hamı. Hərə bir şey yeyir, biri torpaq, biri pul ... 
Elə gözünüz mənim qızıma düşüb? Ikicə kilo əti ona çox gördünüz? Bəs o məmurlara niyə bir söz deyən yoxdur? Qorxmurlar ki, qarınları şişib partlayar? Ölməklərini gözləyirlər?!

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi