Modern.az

“Ay alan! Su filtiri satıram!”

23 Aprel 2018, 11:18

Mülatif  Adurov,
veteran jurnalist

 

Qonşuluqda bir İhtiyar kişi yaşayır. Həmişə məzəli söhbətləri ilə adamın ürəyini açır. Zəngin həyat təcrübəsi var, çox görüb-götürüb.

-         Görə-görə gəlirik! Nələr görmədik bu dünyada?

-         Deyəsən, sözlü adama oxşayırsınız?

-         Hə, onların adını “sübh bayquşları” qoymuşdum. İndi yavaş-yavaş dönüb olublar gecə dələduzları.

-         Sözünüzün canı nədir, onu deyin?

Qonşumuz hələ uzun illər bəri səhərin o başından səs-küyləri ilə həyəti başına götürən xırda alverçilərdən söz saldı. Dedi ki, bunun elə bir qəbahəti yoxuydu. Lap əvvələr, “Avrora”, “Pamir” siqaretləri satanlar bizi yatmağa qoymurdular. Hərədən bir qışqırıq qopurdu. Biri “Təzə lavaş var!” deyə qışqırırdı, bir başqası “Təndir çörəyi alan həyətə gəlsin!”, “Təmiz bal satırıq!” və s.

Təkrar edirəm, bunun belə bir qəbahəti yoxuydu. Rahatca durub bal alırdın, təndir çörəyi, kənd yumurtası, şəhər yumurtası, xlor, nə bilim, qoyun-keçi pendiri və s. Bircə əziyyətimiz onda idi ki, səhərin yuxusundan olurduq.

İndi zaman dəyişib, həm satılan ərzaq, həm də səhər əvəzinə gecə alveri başlayıb. Özü də nə satsalar yaxşıdr: süpürgə, oxlov, döşəməsilən, su filtirləri (“süzgəc” də demirlər adına).

...Yadıma bir hadisə düşdü: axşam saat on birin yarısı olardı. Qapının zəngi aramsız çalındı. Qapını açdlm. Yar-yaraşıqlı geyimli bir cavan qız yanında da cavan oğlan. Kim olduqlarını soruşmadım, heç evə dəvət etməyimi gözləmədən xanım qız dəhlizə keçdi. “Suyunuz çirkli gəlir, eləmi?”.

Sevincək “Bəli” dedim. Elə bildim ki, su idarəsindən gəliblər, bizim problemimizə əncam çəkəcəklər. Xanım “elə isə, pulunu ödəyin, sizə neçə dənə lazımdırsa su filtri verək”,

- Nə filtir, ay xanım, gecənin bu vaxtı filtir satmağa gələrlər?

- Yuxunuz qaçsa da, suyunuz bundan sonra dupduru gələcək.

Bərk əsəbiləşdim. Otaqları acgözlüklə seyr edən xanım qızı da, yanındakı oğlanı da acıqla evdən qovdum. Səhərisi gün öyrəndim ki, doqquzmərtəbəli evin bütün mərtəbələrində mənzillərin sakinlərini narahat ediblər. Bu hadisə bir neçə dəfə təkrar olundu. Hansısa şirkətin adından su filtirləri təklif edirlər. Bunun üçün mağaza yoxdurmu? Hər satılan məhsullar gecələr evlərə daşınmalıdırmı? Sovet dövründə elə mallar vardı ki, satışına dükan-bazarda icazə verilmirdi. Məsələn, lavaş-çörək əldə satılmazdı. İndi marketlərə nə gəlib – nə desən satılır. Sən demə, evlərə gecələr gələnlər  mal satmaq niyyəti ilə deyil, bəlkə də oğurluq ünvanları aşkarlamaqla məşquldurlar? Ayıq hərəkət edənlər onların toruna düşmürlər, sadəlövhlər isə ... kim bilir hansı bəla ilə üzləşirlər. Bunun qarşısını almaq üçün hamı ayıq-sayıq olmalı, polis işçiləri nəzarəti gücləndirməlidirlər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi