QABİL
Hörmətli Prezidentimiz Heydər Əliyevin sərəncamıyla işi-gücü,
fəaliyyəti bütün ölkəyə nümunə gostərilən Suraxanı rayon İcra
Hakimiyyətinin başçısı, professor HACIBALA ABUTALIBOV üçün
1999-cu il
Sadəliyin, təvazönün
Dipdiri məğrur heykəli.
Qurub-yaradan bir şəxsin
İşıq, şəfəq, nur heykəli –
Professor Hacıbala!
Belə hakim, belə başçı
Qismət olsun hər mahala.
Qapısında polisi yox,
Cangüdəni-dəlisi yox,
Qana həris zəlisi yox,
Yalan “bəli-bəli”si yox.
Hər tədbiri əsl bayram,
Bilməz yaz-qış – fəsil, bayram
Hacıbala.
İş otağı tikintilər
Hacıbala.
Çöllərdədir axşam-səhər
Hacıbala.
Ziyalı qədrini bilən,
Şairlə xoş deyib-gülən.
Müxbirlərin arı şanı,
Səmimiyyət – ruhu-canı.
Civə, qıvraq Hacıbala,
Mətin, qoçaq Hacıbala.
Əlillərə, zəlillərə
Ümid, dayaq Hacıbala.
Bu hərc-mərc ümmanında
Sönməz mayak Hacıbala.
Tədbirləri kecməyir boş,
Neçə könül olur da xoş:
Mənzil payı, torpaq payı,
Həm minnətsiz, həm havayı.
Öpür şəhid anasının
Əllərini Hacıbala,
Öpür şəhid balasının
Tellərini Hacıbala.
Qartal, ceyran, şir aşiqi,
Məscid, bulaq, pir aşiqi.
Sısqa-mısqa ölüsü yox,
Sel aşiqi, gur aşiqi.
Muğamatsız məclisi yox –
Segah, Qatar, Şur aşiqi.
Möcüzəsi abadlıqdır,
Musa kimi Tur aşiqi.
Xərabələr bağa dönür qərarıyla
Vüqarımız dağa dönür vüqarıyla.
Zirək, çevik, qaynar hakim,
Məş`əl kimi yanar hakim.
– Suraxanı Sankt-Peterburq
Olmalıdır! –
Deyən hakim.
Ancaq onu zənn etməyin
Sinəsinə döyən hakim –
şit-şit ucuz təriflərə
durub boyun əyən hakim.
İşi-gücü, zəhmətiylə
Fərəhdən don geyən hakim.
Təzə ana abidəsi
Ucalmaqda xəyalında.
Fikri qalıb
Təzə ana abidəsi cəlalında.
Hakim – alim, alim – hakim,
İbrət alsın zalım hakim!
Sənin kimi hakim istər
Elim-obam, xalqım, hakim.
Qədim atəşpərəstlərin
Ocağına başçı hakim,
Professor Hacıbala
Fəhlə – hakim, işçi – hakim!
1999
“ALİM-HAKİM” şeirinə “SÖZ ARDI”
Bakı ŞİH-in başçısı Hacıbala müəllimə
Bu gün Bakı şəhərinin
Pərvanəsi Hacıbala.
Abadlığın-gozəlliyin
Divanəsi Hacıbala.
Yaxşı işlər şövqündədir
Vüsətiylə Hacıbala.
Müasirlik zövqündədir
Xislətiylə Hacıbala.
İşindədir-gücündədir,
Yorulmayır.
Acı dildən qanadları
Qırılmayır.
Bakı meri
Sadə, həlim Hacıbala.
Beş-onuna xoşa gəlməz,
Camaata xoşagəlim Hacıbala.
1 yanvar 2007
TƏZƏ MERİMİZ HACIBALA ABUTALIBOVA
Avropa Şurasına – sözüm yoxdu – mübarək!
Gəl, yeri səhv düşməyən təzə merə sevinək.
2001