Modern.az

Sənin həkim andına nəhlət!

20 Fevral 2018, 13:54

Mülatif Adurov
Azərbaycan Prezidentinin
fərdi təqaüdçüsü, veteran jurnalist

 

Son zamanlar ürək tutmasından dünyasını dəyişənlərin sayı artıb. Statistik məlumatlar da bunu təsdiqləyir.

Əslinə qalsa, ürək tutması hər vaxt olub. Amma indi ölüm hadisələrinin əksəriyyəti bu xəstəliklə bağlanılır. Vaxtında sağlamlığı qayğısına qalanlar bunun çarəsini tapır, müalicə olunur, hətta bəziləri xarici ölkələrə - Türkiyəyə, Almaniyaya üz tuturlar.

Bəs Sovetlər dövründə niyə ürək tutmasının qarşısını almaq üçün xaricə getmirdilər. Bəlkə də imkanlılar gedirdilər, ancaq bu qədər yox.

Bunun səbəbini araşdırmaq çətindir. İndi o vaxtındakından da çox pullu adamlar var, oliqarxlar adlanırlar. Hər halda dünyasını dəyişənlərin çoxluğu nədənsə bəd niyyətlərdən xəbər verir. Bəlkə bünlar yeni dələduzluq cəhdlərinin təməlinə xidmət edir?


Soruşa bilərlər: səhiyyədə nə dələduzluq, nə cinayət!


Elə buna görə də Sovetlər dönəmində baş vermiş bir dələduzluq hadisəsini xatırlatmaq yerinə düşər. Kardioloq– cərrah həkimlərə müraciət edənlər diqqətli olmalıdırlar. Qabaqcadan deyim ki, əlinizdəki elektrokardioqramın cavabını bir yox, bir neçə laboratoriyadan alın.


Çünki ...


Tələbə təhsilini başa vuranda andiçmə mərasimindən keçir. And içir ki ...


Andın mətni müsbət mənada çox şey deyir. Həqiqətdə isə andiçənin ürəyindən nələr keçirmiş...


Sovet səhiyyəsinin ən müasir avadnlıqla təchiz edilmiş , ixtisaslaşdırılmış müəsisələrindən birində ürək cərrahiyyəsi aparılırdı. Vaxtilə çox şöhrət qazanmış cərrahlardan birinə ölkənin hər yerindən müraciət edənlər vardı. Özü də o cərrah həkim özü “xəstələri” seçirdi. Məsələn, toyda görürdü ki, əla tanıdığı milyonçu kolxoz sədri (o vaxtın oliqarxı) şox çevik rəqs edəndən sonra təngənəfəs olub. Yaxınlaşıb əlini onun ürəyinin üstünə qoyub dərhal həyəcan təbili çalır:

- Bu nədir, qardaş, sən özünü həlak etmək istəyirsın? Sabah səhər saat 9-da yanımda ol, elektrokardioqram çıxaraq, sonrasına baxarıq.


Gecəni təlaş içərisində yatan “xəstə” səhərin gözü açılan kimi həmin cərrahın hüzuruna gəlir, elektrokardioqram çıxarırlar.


- Vah, vah! Heç bilirsən ürəyin nə gündədir? Təcili əməliyyat olunmalısan. Mənim işim çoxdur. Amma sənin əməliyyatını gecikdirə bilmərəm.


Cərrah bunları deyib, dünəndən cibində saxladığı  başqa bir şəxsin elektrokardioqram cavabını “xəstəyə” göstərir. Cizgilərdən əsla baş çıxarmayan  (Yelaxdamı, Ağcabədidəmi kolxoz sədri işləyən) “xəstə” əməliyyata razılaşır. Müqabilində isə nə qədər pul verəcəyi sövdələşdirilir.


... Əməliyyatı izləmək üçün xəstəxananın dəhlizinə toplaşanlar – qohum-əraba, dostlar böyük intizarla əməliyyat otağından xəbər gözləyirlər. Qapı açılır, cərrah-həkim təbəssümlə dəhlizə çıxıb oradakıları təbrik edir: əməliyyat əla keçdi, tam arxayın ola bilərsiniz ...


Bir neçə saat çəkən əməliyyat zamanı cərrah “xəstə”nin sinəsini yarıb ürəyə heç toxunmadan tibb bacısına, bəlkə də assistentə göstəriş verir ki kəsilmiş yeri tiksin, əməliyyat bitdi. “Xəstəyə” də deyirlər ki, bir neçə gündən sonra get harada istəyirsən kardoiqram çıxart. Təmizliyinə başımla cavab verirəm.


“Uğurlu” əməliyyat aparan cərrah kim idi?


İllər ötdüyünə, həmin şəxsin dələduz kimi mühakimə olunub həbs edildiyinə  və illərdən sonra cəzasını çəkib azadlığa biraxıldığına görə ad-familiyasını açıqlamağa ehtiyac yoxdur. Yaşlı nəsil həmin hadisəni yaxşı xatırlayır. Onun bu dələduzluğunu tibb bacısı açıb ictimailəşdirmişdi. Əgər pul üstündə mübahisələri olmasaydı belə “əməliyyat” hələ çox adamın ürəyində aparılacaqdı.


Bu da and içmiş həkim! Xalq dili ilə desək, andına nəhlət sənin! Hippokratın andına sədaqətin buymuş ?!


P.S. İllərlə bundan öncə baş vermiş dələduzluq halı təkrarlana bilər. Buna görə də hüquq-mühafizə orqanları ayıqlığı əldən verməməli, tibb müəssisələrinə nəzarəti gücləndirməlidirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı