Mülatif Adurov,
veteran jurnalist
Mən də prezidentliyə namizədliyimi irəli sürəcəyəm.
Nəyə və niyə gülürsünüz? Fala baxandan namizəd olar məndən yox? Birisi var baytardir, yəni heyvana baxan həkim – o da məndən irəli düşüb. Gec deyil namizədliyimi irəli sürsəm, zurnaçalandan, pinəçidən, nə bilim, çobandan irəli düşərəm.
Onlar da, mən də yaxşı bilirik ki, xalq öz istəyini müəyyənləşdirib, bizim kimilərə ehtiyac yoxdur. Amma nə məqsədə namizəd olmaq istəyirlər, bu, gün kimi aydındır: gündəmdə qalmaq.
Sovetlər dövründə bir samballı ticarət idarəsi başçısı vardı, el arasında “hal əhli” deyirdilər, yəni hamının işinə yarıyan. Zurna çalanı anbar, mağaza müdiri götürürdülər, pinəçiyə restoran tapşırırdılar, çobanı ekspeditor təyin edirdilər və s. Necə deyərlər, puluna minnət...
... Zurnaçalanın qızı yox, oğlu atası ilə fəxr edirdi: “Atam zurnanı püfləyəndə ovurdları elə təyziqli hava ilə dolur ki, onun havası ilə yüzlərlə şar doldurmaq olar”.
Çoban da ailəsində özünə görə müəyyən mövqe tuturdu. Onun dediyinə görə toppuzlu çomağını bircə dəfə yerə vursaydı, itləri Serj Sərkisyanın özünü də, ordusunu da parça-parça edib Xankəndinə hakim kəsilərdilər.
Pinəçinin də arzuları yerə-göyə sığmırdı: “Ayaqqabıya elə dabanlar, pəncələr salıram ki, bunlarla lap İrəvana getmək olar, hələ ortopedik ayaqqabılar tikdiyimi çox adam bilmir. Belə ayaqqabılar geyənlər axsamağa birdəfəlik son qoyurlar, hansı ayağı gödəkdirsə yerişini sahmana salır ...”.
Hər peşənin öz özəllikləri var. Bu şəksizdir! Amma dərk etmək lazımdır ki, xalq gözünün öz tərəzisi var: illər uzunu biz İlham Əliyevin daxili və xarici siyasətinin uğurlarını görmüşük, onun təcrübəsinin bəhrələrini hiss etmişik. Niyə nağdı qoyub nisyə dalınca qaçaq? Milyonlarla adam fikrini qətiləşdirib: İlham Əliyev yeganə namizəddir və o, mütləq qalib gələcək!
Partiya sədrləri də gündə min fikrə düşürlər. Bəziləri hətta seçkiləri boykot etməyə çağırırlar. Onların da hoppanıb-düşməkləri özlərinə qalacaq.
Belə olan halda əbəs yerə namizədlik irəli sürmək, boykot barədə düşünmək nəyə gərəkdir? Bir xalq məsəli yada düşür: məscidin qapısı açıqdı, bəs nə bilim, nəyin abrına nə qəlib?
Mən fikrimdən vaz keçdim. Neçə ki gec deyil, öz şəxsiyyətinə hörmət edənlər avantürüstlükdən daşınmalıdırlar...