Modern.az

Adamın kölgəsi öz üstünə düşmür

7 Fevral 2018, 08:55

Mülatif Adurov,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü
 

 

“Tanınmış, məşhur şəxslərlə bağlı xatirələr”silsiləsindən daha bir yazımı oxuculara təqdim edirəm... 


Adamın öz kölgəsi öz üstünə düşürmü? Bu sual birmənalı qarçılanmır. Ancaq mən qətiyyətlə deyə bilərəm ki, bunun ikinci mənası yoxdur. Lap günün günorta çağı belə günəş şuaları adamın başı üzərinə şaquli vəziyyətdə yaylsa da kölgə bilinmir. Amma xalq arasında belə bir deyim var ki, “özgəsinin kölgəsində dolanır, elə bilir ki, öz kölgəsində gəzir”.

...1969-cu ildə komsomol “putyovka”sı ilə o vaxtkı Yuqoslaviyaya getməyə hazırlaşırdıq. Həmin ölkə federativ respublika olduğuna görə, ora gedənlər kapitalist ölkələrinə səfərə çıxanlar kimi xüsusi komissiyadan keçməli idilər. Siyasi cəhətdən yetkin olanlar Yuqoslaviyaya buraxılırdılar. Bir sözlə, komissiyadan keşmək günü gəlib çatdı. O vaxtkı komsomolun mərkəzi komitəsinin binasında komissiyadan keçirirdilər.

urist səfərinə getməyə icazə verilənlər də olurdu, verilməyənlər də. Ona görə də həyəcan keçirirdik. Növbə mənə çatdı. İşəriyə girəndə təkcə komsomol fəalı Yuli Qusmanı üzdən tanıdım. O vaxtadək heç bir tanışlığım yox idi. Anket göstəricilərimə baxıb bilmişdi ki, “Bakı-Baku” qəzetləri redaksiyasında işləyirəm.

-         Ooo, Adurov, Nəsir İmanquliyevin sağ əli, - bu sözləri deyib üzünü komissiya üzvlərinə tutdu:

-         Mənə elə gəlir ki, Adurovu sorğu-suala tutmağa ehtiyac yoxdur, etiraz edən varmı?


Hamı lehimə səs verdi. Qürur hissi məni bürümüşdü, nə deyəcəyimi bilmədim, elə ürəyimdən Nəsir İmanquliyevə və Yuli Qusmana (həmyerlimiz indi məşhur kinorejissordur, Rusiya Federasiyasının əməkdar incəsənət xadimidir) dərin minnətdarlıq duyğuları keçdi. Redaksiyaya gəlib bunu Nəsir müəllimə danışdım.  Başqa xarakterli adam olsaydı, özündən razılıq hissini büruzə verərdi. Amma o gülümsədi, “siz buna layiq gənclərsiniz” dedi. Əslində, təkcə mən yox, redaksiyada hamı onun sağ əli idi.

Otaqdan çıxanda “kölgə” məsələsi beynimdə dolaşdı. Başa düşdüm ki, mən də, redaksiyanın digər əməkdaşları da Nəsir İmanquliyevin kölgəsində yaşayırıq. Əsl kölgə bu idi!


Onu da deyim ki, komissiyadan çox adam, özü də müəllim, elmi işçi işləyən şəxslər keçə bilmədi. Qrupda maestro Niyazinin bacısı oğlu İsmayıl Kərimov, “Kommunist” qəzetinin fenomen redakrorlarından olmuş Hidayət Bağırovun olu Nazim Bağırov, televiziyanın tanınmış diktoru Roza Tağıyeva da vardı.

Yeri gəlmişkən Roza xanım haqqında bir neçə kəlmə. Birindən soruşurlar ki, “filankəsi tanıyırsanmı?”. Cavab verir ki, “yol yoldaşı olmamışam”.
Bu həqiqətən sınaqlardan keçmiş amildir. Təsadüfən bir qrupda xarici ölkəyə getdiyimiz Roza xanımla yol yoldaşı olmaq çox xoş idi. O tanınmış diktor idi. Heş inana bilməzdim ki, bizə salam belə verər! Necə sadə, təvazökar, qayğıkeş, ismətli, səmimi bir insandı o, ürəyi yanan xanım-xatın bacı idi. O əsl yol yoldaşı oldu hamımıza.


Nə biləydim ki, illər keçəcək yenə bu mehriban insanla bir yerdə işləyəcəyəm. Tale məni AzTV-yə gətirdi, Roza xanımla bir kollektivdə olduğuma görə fəxr  edirdim. Kollekttivdə hamı onun xətrini istəyirdi. Ailə faciəsi yaşamış bir insan pensiyaya (Azərbaycanın Xalq artisti indi Prezident təqaüdçüsüdür) çıxsa da tez-tez işə gəlir, öz təcrübəsini əsirgəmir. Bəli, Roza Tağızadə, gözəl insan! Onun da kölgəsində çox olmuşuq, ondan da faydalanmışıq. Əməyini halal eylə, nəcib insan!




P.S. Şəxsi arxivimdə saxladığım bu fotoşəkli ilk dəfədir ki, çapa verirəm. Şəkildə: Nəsir İmanqulyev (ortada) redaksiya əməkdaşları ilə birgə.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi