Modern.az

Futbol istedadlarımız haradadır?

5 Fevral 2018, 13:51

Vüsal Bağırlı


Hər hansı ölkənin futbol təsərüfatının başlıca inkişaf göstəricilərindən biri də onun yetişdirdiyi, ərsəyə gətirdiyi istedadlardır.


Bax, Rusiyada, Belorusiyada, Probaltika ölkələrinə il boyu qışdır, qardır, borandır. Şaxtanın mənfi hərarəti 50 dərəcəyə çatır. O ölkələrdə futbola aid min dənə tədbir, beynəlxalq yarışlar, Avropa, dünya birincilikləri keçirilsə də, xeyri yoxdur. Onlar üçün ən yaxşısı xokkeylərinin oynasınlar, xizəklərini burcutsunlar.

Amma bizdə axı oynuçu, futbolçu yetişdirmək üçün ilin demək olar ki, bütün mövsümləri əlverişlidir!?

Bu yaxınlarda erməni futbolçu Henrix Mxitaryan dünyaca məşhur oyunçu, çilili Aleksis Sançeslə dəyişdirilərək İngiltərənin məşhur “Arsenal” klubuna keçdi. Bu erməni əsilli oyunçunun klub karyerası üzrə inkişafına  nəzər salaq: “Pünik”, “Metallurq”, “Şaxtyor Donetsk”, “Borussiya Dortmund”, “Mançester Yunayted”, “Arsenal”. Yəni, hardan haraya!?

Göstəricilər kifayət qədər diqqət toplayıcıdır: 3 dəfə Ukrayna çempionu, 2 dəfə Almaniya superkubokunun sahibi, 1 dəfə İngiltərə superkubokunun, 1 dəfə də Avroliqa kubokunun qalibi.

Halbuki bu oyunçu,  2006-cı ilin 20 yanvarında “Birlik kuboku”nun yarımfinalında  “Neftçi”ylə oynamaqdan imtina edərək, gizlicə aradan çıxan “Pünik”in heyətində yer almışdı.


Keçmiş Sovetlər məkanının on ən yaxşı oyunçusu siyahısına nəzər yetirirəm.


Burada gürcü də (Kaxa Kaladze -”Milan”) var, rus da (Pavlyuçenko-“Tottenhem”, Arşavin-“Arsenal”), ukraynalı da (Rebrov-“Tottenhem”, Şevçenko-”Milan”) var, belarusda (Aleksandr Qleb-“Barselona”), hətta erməni də. Amma, azərbaycanlıdan başqa.


Bəs bizim oyunçulardan, futbol yetirmələrindən indiyə qədər  qazanılması bir tərəfə, heç olmasa bu nailiyyətlərə yaxınlaşa biləni olubmu?


Yaddaşımı qurdalayıb, Vaqif Cavadovun “Tvente”nin əsas heyətində uğursuz möhkəmlənmə cəhdini xatırladım.


Hə, bir də ola bilsin Kamran Ağayevin “Boavişta”dakı qısamüddətli karyerasını fərqləndirmək olar!? Onlar da yalnız böyük beşliyə (İtaliya, İspaniya, Fransa, Almaniya, İngiltərə) daxil olmayan ölkələr.


Bəs müstəqlillik qazandığımızdan ötən bu 26 (!) il müddətindəniyə, nə səbəbə,  dünya miqyasında, peşəkar səviyədənormal, rəqabətədavamlı oyunçu, qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu yetişdirə bilmədik!?

Bəs bizim bir neçə il əvvəl böyük ümidlərlə “Milan”, “Mançester Yunayted”, “Atletiko” Madridin məşhur futbol məktəblərinə, dəri top akademiyalarına göndərdiyimiz yeniyetmə və gənclərin taleyi necə oldu?

Futbol üçün əlverişli iqlim şəraiti, istedadlar potensialı olan ölkədə işlər nəyə görə dalana dirənib?

Göründüyü kimi qəzeyi-qal, vəziyyəti-halheç də ürəkaçan deyil vəbu gedişlə nəinki böyük beşliyə daxil olan ölkə çempionatıarında, heç Türkiyə və Rusiyada da  azərbaycanlı oyunçuların görünməsi müşkülə çeviriləcək.

Sizə yeni x var
Keçid et
İran Netanyahunun evini VURDU