Modern.az

Metsamor AES-i kimin başında çatlayacaq?

31 Yanvar 2018, 16:13

Mülatif Adurov,
veteran jurnalist

Çox yerdə birisi  tək səbir gətirəndə bundan zərər görən adamlar dodaqaltı “öz başına dəysin” deyə pıçıldayırlar. Bu qarğıc ünvanına çatır-çatmır bunu demək çətindir. Amma bir fakt gün kimi aydındır ki, Metsamor Atom Elektrik Stansiyasının xətası bu AES-ni qucaqlarında tutan ermənilərin öz başında çatlayacaq. İntəhası, bunun zərbəsi çox adama dəyəcək. Ermənilər yaxşı bilsələr də nəinki həyəcan təbili çalır, əksinə, beynəlxalq təşkilatların narahatlığına məhəl qoymurlar.

Metsamor AES qəza vəziyyətindədir. Bu gün-sabah orada qəza baş versə, nəinki Ermənistan əhalisi, ətraf xarici ölkələrdə yaşayanlar da radiasiyaya məruz qalacaqlar. Ermənistan hökuməti arxayəndır ki, orada heç erməni qalmayıb, qalanlar da kasıb-küsub əhalidir, bunu isə elə bir itki qəbul etmirlər. Mütəxəssislər qəti fikirdədirlər ki, stansiyanı standartlara uyğun yaxşılaşdırmaq mümkün deyil. Bunu Avropa İttifaqı da dəfələrlə xatırladıb, hətta stansiyanın bağlanması üçün Ermənistana 200 milyon avro vəd edib. Bədxah qonşularımız nəyi gözləyirlər? Serj Sarkisyanda baş yoxdur, bəs onun hökumətində? Onlar Çernobl faciəsini unudublarmı?

Avropa İttifaqı Avropa Xarici Əlaqələr Xidmətinin Şərq Tərəfdaşlığı Departamentinin sədr müavini Dirk Loqents bu günlərdə bir daha AES-in bağlanması zərurətini bəyan edib. 

Kimə deyəsən? Avropa İttifaqı kiçik qurumdurmu? Bütün Avropa bu təşkilatla razılaşır. Ermənistan kimi müxlis dövlət inad göstərir. Bu inad Serj Sərkisyanın başında çatlasa sonrakı peşimançılıq gec olacaq ...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi