Hidayət Elvüsal
- Nə xəbər var, Zazulya?
- Sağlığın.
- Az-çox yenə!
- Milaşqa arabski qofta gətirmişdi. Oyy, takaya şikarnaya bıla.
- Almadın?
- Əynimə olmadı.
- Bura bax, o təzə poklonnikin necə oldu?
- Aaz, deyir gəl evlənək. Deyirəm, masqa, nə evlənmək? Elka bəsimdir, mənə uşaq-filan lazım deyil.
- Elka kimdir?
- Oyy, Aliçka, yadından çıxıb? Elkanı deyirəm də, itimi.
- Həə… O necədir?
- Hürmür.
- Niyə?
- Az, o gün mamaşaya tapşırıb veçerə getmişdim. Mama da götürüb çıxarıb gəzməyə. Özü də yağışda.
- A. a, a, xəstələnib?
- Az, ölür e…
- İşə çıxmırsan?
- Yox e, necə çıxım? Bülleten götürmüşəm. Elka məni yaman günə qoyub.
- Papa harda?
- Aaz, balnitsada. Bir aydır yenə böyrəkləri atkaz eləyir. Yanına da gedə bilmirəm. Elkanı tək qoyan kimi bir iş çıxır.
- Az, yox-yox, tək qoyma. Papa, niçevo, amma Elka yazıqdır. Deyirsən heç hürmür hə?
- Hürür e, belə də… az-az. Papa da xəstələnməyə vaxt tapdı. Elkaya o yaxşı baxırdı. Mama net, mama ne umeyet. Predstavlyayeş, yazıq it səhərəcən zarıyır, mamanın vecinə deyil, papaya yemək aparır.
- Boje moy!
- Da vot tak, Aliçka. Papanın başına bir iş gəlsə, Elka yazıq olacaq.
- Oyy, demə, sən allah. Sonra nə var, nə yox?
- Murka da balalayıb.
- Murka kimdir?
- Aaz, pişiyimizi deyirəm də…
- Oyy, kakoy prelest…
- …
- …