Hidayət Elvüsal
- Qızım, sənə paltar alım.
- Al, papa, qurbanın olum.
- Qızım, sənə tufli alım.
- Davay, papa qurbanın olum.
- Qızım, sənə, bab-bab alım.
- Oxay, papa, qurbanın olum.
- Qızım, səni
Qızım, səni
Qızım, səni
Ərə verim.
- Yox, papa, qurbanın olum
Yox, papa, qurbanın olum.
- Qızım, papanın sözünə baxmırsan? Axı mən kişiyə söz vermişəm.
- Hansı kişiyə?
- Qonşumuz Əli müəllimə. Səni oğluna istəyir. Yaxşı oğlandı, tərbiyəlidi, aspirantdı…
- Aspirant? Papa, bu aspirantların hamısının mədəsi qastrit olur. Papulya, bilirsən, mən… mən importnı ər istəyirəm.
- Necə? İmportnı ər? Qızım, sən nə danışırsan? Bu ər köpəy oğlu supermarketdə-zadda satılır ki, gedib alaq?
- Papulya, mağazadan almaq lazım deyil. İndi bilirsən də gediş-gəliş çoxalıb. İnostrannılar şəhərdə doludu. Podruqalarımdan üç-dördü onlara ərə gedib.
- Necə gediblər, qızım?
- Papulya, yaxınlaşırlar inostrannılara, bir az işvə-naz… sonra… necə deyim e… filan, i vsyo. Olur importnu ərin.
- Bərəkallah!
- Papa, importnı ər moddu də… Görmürsən, modnı qızlar otellərdən, sərgilərdən əl çəkmirlər. Əlləri bir adama çatmayanda şəkillərini verirlər ki, o tərəflərdə bəyənib eləyən olsa… Bir də ki, internet var. Feysbuka elə şəkillərimi qoymuşam ki… Plyajda, küçə-bacada, elə… Hələ Türkiyədəki evlənmək proqramlarına baxmısan, papa? Bizimkilərlə doludu e oralar. Hələ bir Naz var. Neçə ildir köhnə gəmilər kimi lövbər salıb oturub orda. Deyilənə görə, elə o proqramdan təqaüdə çıxacaq.
- Deyirsən ki, göndərmisən?
- Nəyi, papa?
- Şəkillərini!
- Çoxdan, papulya.
- Hə, indi belə çıxır ki, oturub importnu kürəkənimi gözləməliyəm…
- Yox, papulya, üç gündür ki, bizdə yatır. Sən bağda olanda gəlib.
- ...