Hidayət ELVÜSAL
15 iyul dövlət çevrilişinə cəhd hadsəsindən sonra Fətullah Gülən örgütü barədə ağlasığmaz faktlar üzə çıxmaqdadır. Bir vaxtlar bu örgüt tərəfindən uydurulmuş «Ergenekon» soruşdurması zamanı həbsə alınan albay (polkovnik) Həsən Atilla Uğur bu barədə maraqlı faktlar söylədi.
Onun dediyinə görə, komandanlıq etdiyi hərbi hissədəki gənc əsgərlərin ara-sıra qəribə şəkildə bir yerə toplanması diqqətini cəlb edib. Onları izləyən albay nəhayət tabeçiliyində olan bu gəncləri Fətullah Gülən örgütünə məxsus olan bir evdə tapıb. Həmin əsgərlər buraya gəlmələrini abilərinin ( yəni böyük qardaşlarının, keçmiş Sovet ordusundakı «starik» kimi bir dəstə) tələbiylə etdiklərini bildiriblər.
Daha qəribəsi isə bundan sonra baş verənlərdir. Həmin əsgərlər bildiriblər onlarla söhbət zamanı otaqda qəribə ətir saçan otlar yandırırmışlar. Söhbətin nədən getdiyindən asılı olmayaraq buradan çıxdıqdan sonra əhval-ruhiyyələrə çox yüksək olurmuş.
Bunları eşidən komandir həmin «otları» laborotoriyaya göndərib və məlum olub ki, bunlar əslində narkotik vasitədir. Məhz bu vasitə ilə gənclərin beynini yaxayıb onlara öz məqsədlərini öyrədirmişlər. Narkotik təsir altında olanlar isə söylənənin nə olduğundan asılı olmayaraq Fətullah Gülən imamlarıyla razılaşırmışlar və onlara xüsusi bir məhəbbət duyurmuşlar.
Polkovnikin bu sözlərindən sonra 15 iyul hadisələri zamanı baş verənləri yenidən xatırlayırıq. Öz xalqına qarşı o qədər amansızlıq normal ağıl məhsulu ola bilməzdi. İstanbulun vəhşicəsinə bombalanması insanların üstünə güllə yağdırılması, tankın altında əzdirilməsi polkovnikin dediklərini bir daha duşunməyə məcbur edir.
Etirafçılar da qəribə davranırlar. Onlar Türkiyə tetekanallarına çıxaraq Fətullah Gülənə 10 il, 20 il, bəzən isə 30-40 il xidmət etdiklərini açıq-açığına etiraf edirlər. Amma ən qəribəsi də odur ki, bu xidmətçilərə dəyib toxunan yoxdur. Qurunun oduna yaş da yanar misalı elə buradan meydana çıxır. Heç şübhəsiz ki, zərrəcə günahı olmayanlar da istintaqa cəlb olunur. Bunu zaman-zaman görürük. Amma bu etirafçılara gözün üstdə qaşın var deyən yoxdur.
Etirafçıların bir hissəsi də «ablalardır». Bir zamanlar adını çəkmək istəmədəyim bir adamın mənim başı bağlı bacılarım dediyim bu «ablaların» az qala hamısı həbsxanalara doldurulur. Bunların Fətullah Gülənin qarşısındakı xidmətləri çox qəribədir. İstər-istəməz insanda «mədəni stünyor» obrazı canlanır. Belə ki, bu ablalar kənd-kənd, şəhər-şəhər düşüb qızları örküdə cəlb edir, onlara Fətullah Gülən «tərbiyəsi» verir, daha sonra fotoşəkillərini çəkib «abilərə» göstərirlər. Yəni kişilər bu fotoşəkillər vasitəsiylə özlərinə həyat yoldaşı seçirlər. Seçilmiş qadın və yaxud qız onu seçən «fətullahçıdan» imtina edə bilməz.
Beləliklə, 15 iyul hadisələrindən sonra cəmi 2 cəhədi sizin nəzərinizə çatdırdıq. Danışmalı məsələlər isə həddindən artıq çoxdur. Sadəcə onu qeyd etmək istəyirik ki, örgütə bağlı olan dərsahələr bağlanır. Amma bu dərsanələrin yerinə imam-xətib məktəbləri açılır. Yəni yenə də din üzərindən təhsil verilir, din üzərindən siyasət aparılır. Ölkənin təhsil sistemi siyasal islamçılığa təslim edilir. Bu da digər camaatların, dini örgütlərin yoluna yaşıl işıq yandırır.
Heç təsadüfi deyil ki, həmin dini zümrələr indii çox fəallaşıblar. Onlar Fətullah gülən örgütünün yerini tutmağa çalışırlar. İsmayıl ağa camaatı, cübbəli Əhməd dəstəsi, Nurəddin simatizanları gözlərini dövlətin bir sıra mühüm məqamlarına dikiblər və bu heç kəsə sirr deyil.
Bax elə burada cümhuriyyət fəlsəfəsi, Atatürkçülük bir daha özünün haqlı olduğunu sübut edir. Din dövlətlən ayrı olmalıdır və heç bir siyasətə qarışmamalıdır. Buna yol verildi və nəticəsi göz qabağındadır. Türkiyə yeni bir dinçi örgütün zərbəsinə məruz qalmamalıdır.
Yeri gəlmişkən onu da qeyd edək ki, ifrat mühafizəkarlıq da özünü göstərməkdədir. Baş nazir elə bu yaxınlarda elan etdi ki, Türkiyə teatrlarında əcnəbi sənətkarların əsərləri oynanılmayacaq. Məsələn, Şekspirin, Çexovun, Qoqolun və başqa sənətkarların bu ölkədə izi-tozu da qalmayacaq. Əlbəttə, bu dünya mədəniyyətindən ayrı düşməkdir, özünə qapanmadır. Heç şübhəsiz ki, burada da siyasi islamçılığın izləri görünür. Buna yol vermək olmaz. Bir dəfə yol verildi, nəticəsi göz qabağındadır.