Modern.az
Cəlaləddin Qasımov Stalin hərbi xidmətə yararsız olub

Cəlaləddin Qasımov

Stalin hərbi xidmətə yararsız olub

1 İyun 2016, 17:21

Cəlaləddin Qasımov

Çar Rusiyasının yararsız hesab etdiyi sıravi əsgər “Koba” sonralar Sovertlər ölkəsinin rəhbəri oldu

Birinci Dünya Müharibəsi zamanı çarın zabitləri sürgündə olanları döyüşə göndərirdilər. Stalın də həmin vaxt Sibirdə idi. O da tibbi müayinədən keçirilir və hərbi xidmət üçün yarasızlığı üzə çıxır. Belə ki, tibbi ekspertlər bildirirlər ki, onun sağ əli sol əlindən 3 sm uzundur. Ayaqlarının 3-cü və 4-cü barmaqları bitişikdir.

Doğru deyiblər, sən saydığını say, gör fələk sayır... Xidmət üçün yarasız olan birisi sonralar ölkənin rəhbər vəzifəsində yer alarmış...
Stalin sürgündə olarkən yoldaşları irad tuturlar ki, onlar kimi dustaq ola-ola nədən tanınmış cinayətkarlarla oturub-durur, vaxtını onlarla keçirir...

1930-cu ildə bolşeviklərin ziyafət məclislərinin birində Stalin “əsl bolşevik necə olmalıdır?” sualını belə izah edir: “Əsl bolşevikin ailəsi, uşaqı olmamalıdır”.
O bunu soyləyən zaman masa arxasında həyat yoldaşı da əyləşmişdi, hətta uşaqları da orada idi. Bu zaman məclisdəkilər dönüb onun yoldaşına baxırlar. Nadejda başını aşağı salıb ərini dinləyirdi. Lakin heç kim cürət edib deyə bilməzdi ki, axı yanında əyləşən sənin həyat yoldaşın, uşaqlar öz övladların deyilmi...

1930-cu ildə Stalin kibrit istehsali ilə məşğul olan bir zavoda gəlir. Bir kibrit çöpünü götürüb qutuya çəkir, amma kibrit yanmır. Başqasını götürür, o da yanmadıqda Stalin zavod direktorunu yanına çağırtdırıb qəzəblənir:
“Xalqının malına belə biganə münasibət göstərən, ona xəyanət edən bu xalqın düşmənidir”. Bunu deyəndən sonra direktoru elə oradaca güllələdir.

Sonralar Stalinə Rusiya istehsalı olan bir avtomobil verirlər və həmin avtomobil markasının adının “Vətən” olduğunu söyləyirlər. Stalin:
“Vətəni neçəyə şatırsız?” – deyə kinayə ilə soruşur. Həmin avtomobilin adı dəyişilərək “Pobeda” qoyulur...

Kommunizm ideyalarını yeridərək Pavlik Morozovun timsalında məktəblərdə uşaqların təlim-tərbiyəsi ilə məşğul olanlar öyrədirdilər ki, əsl pioner odur ki, o öz valideynlərinin qaranlıq işindən dövlət məmurlarına xəbər verə. Ümumiyyətlə istər təhsil müəssisələrində, istərsə də iş yerlərində, hətta kənd yerlərində kollektiv təsərrüfatda çalışanlara sovet ideologiyasının prinsipləri bu və ya digər şəkildə, birbaşa və ya dolayısı ilə aşılanmaqda idi.

Stalinin özünün bir vaxtlar Məhəmməd Əmin Rəsulzadəyə dediyini xatırlayaq: “Sizə müstəqillik lazımdır, mənə isə Böyük Rusiya”.

Çar Rusiyası dönəmində bolşeviklər Müsavat Partiyasının fəaliyyətini məhz bu səbəbdən dəstəkləyirdi. Amma Sovet hakimiyyəti qurulduqdan sonra Müsavat Partiyası və onun uzvlərini “vətən xaini” elan etdilər. Bolşeviklərə Bakının  dünyaya səs salan sərvəti lazım idi. Kənlilərə torpaq vəd edən, fəhlələri guya xoşbəxt gələcəyə aparmaq arzusunu bildirən bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra nəinki özgə xalqlara, elə rusların özlərinə qarşı da amansız oldular. Təkcə 1921-ci ildə keçmiş SSRİ ərazisində Leninin göstərişi ilə kəndlilərə verilmiş torpaq sahələrindən əldə olunan məhsulların hamısı bolşevik cinovniklər tərəfindən onların əlindən alınmış və bu səbəbdən milyonlarla insan səfil vəziyyətinə düşmüş, onların böyük əksəriyyəti aclıqdan ölmüşdü.

1930-cu ildə Stalinin göstərişi ilə kəndlilərin məhsulu, toxumluq belə,  saxlanmadan əlindən alınmışdı. 10 milyona yaxın insan aclıqdan ya ölmüş, ya da müxtəlif xəstəliklərə düçar olmuşdu. Onların milyona qədəri Qafqazda yaşayan millətlərin nümayəndələri idi. Vəziyyət o yerə çatmışdı ki, Ukraynada, Rusiyanın bəzi əyalətlərində insanlar adam əti yeməyə başlamışdı.

Stalin rejimi dövründə 42 milyon insan repressiya qurbanına çevrildi. Bu acınacaqlı vəziyyət təbii ki, Azərbaycandan da yan keçməmişdi. Həmin dövrdə həyətyanı sahədəki meyvə ağaclarına belə, vergi tətbiq edilmişdi. Hələ bu azmış kimi, vergilər hər dəfə bir az artırılırdı. Vergi ödəyə bilməyən kəndlilər öz dədə-baba yurdundan imtina edərək bağını, evini hökumətə təhvil verməyə məcbur olurdu. Dövlətsə həmin əraziləri kollektiv təsərrüfatların balansına keçirirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır