Modern.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsi “qiyamət günü” ilə bağlı valideynlərə müraciət etdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi “qiyamət günü” ilə bağlı valideynlərə müraciət etdi

20 Dekabr 2012, 13:05

Son günlər Azərbaycan cəmiyyətdəki 21 dekabr-“qiyamət günü” xofu orta məktəblərə də təsirsiz ötüşməyib. Belə ki, müşühidələr göstərib ki, bəzi valideynlər sabah övladlarını məktəbə göndərmək istəmirlər. Orta məktəblərə bu günün necə təsir edəcəyi ilə bağlı Bakı Şəhəri üzrə  Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Modern.az-a danışıb. Onun sözlərinə görə, sabah bütün təhsil müəssisələri adi iş qrafiki üzrə işləyəcək.

“Hər bir təhsil müəssisəsi sabah açıq olacaq. Əgər “qiyamət günü”ndə hansısa valideyn öz övladını yanında saxlamaq istəyirsə, bu onların öz seçimidir”-deyə, Z.Əliqızı qeyd edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi “qiyamət günü” ilə bağlı valideynlərə müraciət edib: “Biz bütün valideynləri bu cür şayiələrə inanmamağa çağırırıq. Bildiririk ki, bu cür yayılan xəbərlərə görə övladlarını təhsil prosesindən yayındırmasınlar”.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?