Modern.az

Ermənistan təşviş içində: nikah və doğum azalıb

Ermənistan təşviş içində: nikah və doğum azalıb

20 Dekabr 2012, 16:31

İqtisadi böhran içində olan Ermənistan  daha bir problemlə üzləşib. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, ötən illərlə müqayisədə bu ölkədə yeni ailə quran insanların sayı və dünyaya gələn körpələrin statistikası mütəxəssisləri təşvişə salıb. Nazirlər Kabineti Ermənistanda əhalinin sayının ilbəil azalmasından ehtiyyat edərək, əhalinin demoqrafik vəziyyətinin yaxşılaşdırılması ilə bağlı yeni proqram hazırlayıb.

Rəsmi statiksikaya əsasən,  Ermənistanda doğumların sayı 2011-ci ildə 43 min 340 olduğu halda,  cari ildə bu rəqəm xeyli aşağı düşüb. Belə ki, 2012-ci ildə qeydə alınan doğum sayının son 6 ildəki göstərici ilə müqayisə də 40 mindən aşağı düşüb.

Nazirlər Kabinetinin qəbul etdiyi proqramda doğum sayının düşməsinin əhəmiyyətli faktorlarından birinin evlilik sayının xeyli az olduğu qeyd edilib.  

Ermənistanda təbii artım faktoru keçən ilin eyni dövrünə nisbətən qorxulu şəkildə aşağı düşüb.

Anar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?