Modern.az

Deputat: “Qəbələ RLS Türkiyəyə verilməyəcək, söküləcək”

Deputat: “Qəbələ RLS Türkiyəyə verilməyəcək, söküləcək”

20 Dekabr 2012, 16:41

“Qəbələ RLS-lə bağlı Azərbaycan və Rusiya arasında ötən dövr ərzindəki əməkdaşlığın başa çatması birinci növbədə regional duruma müsbət təsir göstərəcək. Hər bir halda nəzərə almalıyıq ki, bu Rusiyanın həm də Azərbaycanda hərbi cəhətdən müəyyən mənada iştirakı sayıla bilərdi”.

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvi Zahid Oruc deyib. O qeyd edib ki, eyni zamanda şimal qonşumuzun müxtəlif aspektdən planları mövcud idi.

“Onun hərbi bazaya çevrilməsi və daha geniş statusda fəaliyyət göstərməsi ilə əlaqəli xeyli addımlar atılmışdı. Zənn edirəm ki, Azərbaycan da bunun qarşılığında ümumiyyətlə kifayət qədər hərbisizləşdirilmə, xarici qoşunların olmadığı bölgə kimi öz siyasi mövqeyinin güclənməsindən özünü məhrum edə bilməz. Bu mənada danışıqlarda əvvəlki baza prinsiplərinin çərçivəyə sadiq qalmaq mövqeyi tutuldu. Digər tərəfdən qiymətlərlə bağlı haqlı mövqeyimiz ifadə edildi. Rusiya və Azərbaycan arasında münasibətlərin diapozonu daha genişdir, bu məsələlərdən çıxarış edərək qonşu ölkə onun gələcəkdə işlənməsi və taleyi ilə bağlı qərarı öz əleyhinə saymayacaq”.

Z.Oruc qeyd edib ki, onda olan məlumata görə, Qəblə RLS tamamilə söküləcək. “Onun bütövlükdə bölgənin turizm məkanı kimi strateji mənası daha önəmli sayılır. Qəbələ RLS-in keçmiş sovet planları əsasında hərbi niyyətlərə görə işlənməsi isə öz özlüyündə xarici siyasət maraqlarımızla o qədər də uzlaşmır. Düzdür etiraf etmək lazmdır ki, onun coğrafiyası, koordinasiya nöqteyi-nəzərindən hündürlüyü, əlverişliyi sovetlər dövründən araşdırılmışdı və təsdiq edilmişdi. Onun uğrudna savaş bu və ya digər dərəcədə regional gərginliyi artırır. Çünki Qərbin də Qəbələ RLS üzərində müxtəlif maraqları olmamış deyildi”.

Zahid Oruc bildirib ki, hətta Türkiyə ilə bağlı qərarlar verilə bilərsə, Rusiya açıq şəkildə bundan qıcıqlanaq.

“Belə hesab edəcək ki, bu nəinki qiymət məsələsi idi, daha artıq dərəcədə Rusiyanı bölgədən çıxartmaq və əvəzində başqa anti-Rusiya ölkələrini bura cəlb etmək üçün olub. Belə olan təqdirdə biz xarici siyasətimizin sistemliyini, ardıcıllığını göstərmək, həm də Rusiya ilə münasibətlərin davamlılığını istəmək mənasında daha fərqli qərarlar qəbul etməliyik. Zənn edirəm ki, Qəbələ RLS üzərindən mühüm bir iqtisadi turizm və s. ilə əlaqəli müxtəlif layihələr ola bilər. Insanlarımız da fikrimcə bunu anlayışla qarşılayar. Çünki uzun müddətdir ki, onun şüalanması, ekoloji ziyanları haqqında da məsələlər ortada id. Çünki uçan obyektlərin qeydiyyatı, onun fiksasiya edilməsi məhz güclü şüa, elektrmaqnit dalğalarının yayılması hesabına mümkün olur. Odur ki, bu məsələ hökümətin qərarı yaxın zamanlarda açıqlanacaq və bəlli olacaq”.

 

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?