Modern.az

Abutalıbov Müsavatın müraciətinə baxacaq - AÇIQLAMA

Abutalıbov Müsavatın müraciətinə baxacaq - AÇIQLAMA

25 Dekabr 2012, 12:21

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının qurultayla bağlı quruma ünvanladğı növbəti müraciətə baxacaq. Bu barədə Modern.az-a İcra Hakimiyyətinin İctimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən bildirilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti daxil olan bütün müraciətlərə olduğu kimi, Müsavat Partiyasının da müraciətinə baxacaq.

“Təbii ki, müraciət daxil olubsa, buna baxılacaq və müvafiq qərar veriləcək”, - deyə meriyadan bildirilib.

Qeyd edək ki, Müsavat Partiyasının dünən keçirilən iclasında uzun sürən müzakirələrdən sonra yenidən qurultay məsələsi müzakirəyə çıxarılıb. Belə ki, qurultaya 800-1000 nəfərlik yer ayrılması üçün növbəti dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərilib.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?