Modern.az

“İsa Qəmbər və Əli Kərimlinin siyasi perspektivi yoxdur” - İTTİHAM

“İsa Qəmbər və Əli Kərimlinin siyasi perspektivi yoxdur” - İTTİHAM

25 Dekabr 2012, 14:46

Müsavat Divanının dünən keçirilən iclasında partiya başqanı İsa Qəmbərin prezident seçkilərində namizədliyinin irəli sürülməsi günün əsas mövzusuna çevrilib. Azərbaycanda keçiriləcək 2013-cü il prezident seçkilərinə dair müzakirələrin ilkin olaraq məhz Müsavat Partiyasında başlanması iqtidar tərəfinin qınağına tuş gəlsə də, müxalif düşərgəsində də birmənalı qarşılanmadı. Müsavat başqanının namizədliyini dəstəkləyənlərlə yanaşı sosial şəbəkələrdə gedən müzakirələrdə partiyanın əsas müttəfiqi hesab edilən AXCP nümayəndələrinin buna qarşı çıxması gözdən yayınmadı. Artıq, Müsavat öz namizədini rəsmən açıqladı. Bundan sonra nələr baş verəcək? AXCP-Müsavat dostluğu seçkiöncəsi pozulacaqmı?

Politoloq  Zərdüşt Əlizadə gündəmin əsas mövzusuna dair Modern.az-ın suallarını cavablandırıb. Müsavat başqanı İsa Qəmbərlə yanaşı AXCP sədri Əli Kərimlinin də seçkdə iştirak etmək hüququnun olduğunu deyən Z.Əlizadə onların siyasi perspektivinin olmadığını vurğulayıb.

“Mənim bu prosseslərə münasibətim çox sadədir. Azərbaycan vətəndaşına seçkidə iştirak etmək hüququ konstitusiya ilə təsbit edilib. İsa Qəmbər də, Əli Kərimli də hər ikisi Azərbaycan vətəndaşlarıdır. Onlarında seçmək və seçilmək hüququ var. Onlar istəyərlər bu hüquqlarında istifadə edərlər, istəməzlərsə etməsinlər. Özləri bilərlər, mənim onların münasibətlərinə qarışmaq fikrim yoxdur. Bir söz deyə bilərəm ki, bu insanların siyasətçi kimi perspektivini görmürəm”, - deyə Z.Əlizadə şərh edib.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?