Modern.az

Elşad Abdullayev Azərbaycana gələcək – EHTİMAL

Elşad Abdullayev Azərbaycana gələcək – EHTİMAL

26 Dekabr 2012, 13:08

Son günlər fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Fransadan Azərbaycana gətiriləcəyinə dair söz-söhbətlər səngimək bilmir.

Qalmaqallı videogörüntülər yaymaqla gündəmdə olan Elşad Abdullayevin istintaqa ifadə vermək üçün Bakıya gətiriləcəyi deyilir.

Bir müddət öncə mətbuatın gündəmindən düşməyən bütün xəbərlər təkzib olundu. Hətta sabiq rektorun vəkili Adil İsmayılov verilən suallara kinayə ilə yanaşaraq, E.Abdullayevin Fransadan piyada yola düşdüyünü də dedi. Daha sonra isə o, Elşad Abdullayevin əvvəllər Bakıda olduğu müddətdə qardaşının işi ilə bağlı Baş Prokurorluqda ifadə verdiyini açıqladı.

Adil İsmayılovun Modern.az-a dediyinə görə, hazırda Elşad Abdullayevin Azərbaycana gətirilməsi ilə bağlı məsələ gündəmdə yoxdur.

Bütün bu suallara təkzib cavabı verilsə də, sabiq rektorun ölkəyə gətirilməsi məsələsi hələ də aktual olaraq qalır. Hətta bu barədə yayılan xəbərlərin tezliklə öz təsdiqini tapacağı da istisna olunmur.

Modern.az bu barədə yenidən Elşad Abdullayevin vəkili Adil İsmayılovdan münasibət öyrənməyə çalışıb. Əvvəllər bu barədə ətraflı məlumat verən, hətta yayılan xəbərləri təkzib edən və sualları kinayə ilə cavablandıran Adil İsmayılov bu dəfə bu barədə heç nə deyə bilməyəcəyini bildirdi.

Hüquq-mühafizə orqanlarından sızan xəbərlər görə, Elşad Abdulayevin Bakıya gətiriləcəyi ehtimal olunur və hazırda bunun yolları haqqında müzakirələr aparılmaqdadır.

Gültəkin Ələsgər 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?