Eks-deputat rəfiqəsi barədə danışmaqdan imtina edib...
Milli Məclisin eks-üzvü, məlum videoqalmaqalda adı keçən Gülər Əhmədova rəfiqəsi Sevinc Babayevanın Türkiyədə vəfat etməsi barədə məlumata münasibət bildirməkdən imtina edib.
Modern.az saytının əməkdaşı onunla telefon əlaqəsi saxlamaq istəsə də, sabiq deputatla danışa bilməyib. G.Əhmədovaya etdiyimiz telefon zənginə cavab verən bir şəxs “Gülər xanım bu barədə danışmaq istəmir” deyə bildirib.
“Biz heç bir informasiya vermək istəmirik. Gülər xanımın yanında hazırda həkim var, səhhəti ilə baglı olaraq, o danışa bilməz”. Özünü təqdim etməkdən imtina edən şəxs “biz heç nə danışmaq istəmirik”deyərək təkrar edərək, tələsik sagollaşıb.
Qeyd edək ki, fəliyyəti dayandırılımış ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə keçmiş deputat Gülər Əhmədova arasında vasitəçi kimi iştirak edən Sevinc Babayeva vəfat edib.
Nihadə Eyyubova