Modern.az

“Onlar Rəsul Quliyevin göstərişi ilə bu komitəni yaradıblar” - AÇIQLAMA

“Onlar Rəsul Quliyevin göstərişi ilə bu komitəni yaradıblar” -  AÇIQLAMA

29 Dekabr 2012, 16:49

“Rəsul Quliyevlə hakimiyyət arasında münasibətlər o qədər gərgindir ki, bunları kostruktiv məcraya salmaq və indiki zəmində də onun ölkəyə gəlişini təmin etmək hələki mümkünsüz görünür”  Bu fikirləri politoloq Qabil Hüseynli Azərbaycanın eks-spikeri, hazırda Amerikada mühacirət həyatı yaşayan keçmiş silahdaşı Rəsul Quliyevin hüquqlarının müdafiəsi ilə bağlı yaradılan komitənin  əhəmiyyətini Modern.az-a şərh edərkən bildirib. Hazırki durumda Rəsul Quliyevin ölkəyə gəlməsinin mümkünsüz olduğunu deyən politoloq eks-spikerlə hakimiyyət arasındakı münasibətlərin olduqca gərgin olduğunu qeyd edib.

“Bu təşkilatı yaradıblar, onu da ölkəyə gətirmək istəyirlər. Bir məsələyə toxunaraq deyim ki, Ayaz Mütəllibovun ölkəyə gətirilməsi üçün Şeyx  Əbdül Mahmudov bir milyondan çox imza yığdı. Axırda onlara heç ehtiyac olmadı. Hakimiyyətin özü onun statusunu bərpa elədi və onun ölkəyə gəlməsinə izin verdi. Görünür onlar ictimai şüura təsir etmək və Rəsul Quliyevin göstərişi ilə bu təşkiatı yaradıblar. Ümid edirlər ki, xətasız, bəlasız onu ölkəyə gətirə bilərlər. Amma məsələlər o qədər də asan görünmür. Rəsul Quliyevlə hakimiyyət arasında münasibətlər o qədər gərgindir ki, bunları kostruktiv məcraya salmaq və indiki zəmində də onun ölkəyə gəlişini təmin etmək hələki mümkünsüz görünür”, - deyə politoloq vurğulayıb.

Qeyd edək ki,  bu gün Milli Məclisin sabiq sədri Rəsul Quliyevin hüquqlarını müdafiə komitəsi təsis edilib. Komitəyə Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov və şair Musa Yaqub həmsədrlik edirlər. Komitənin yaradılmasında əsas məqsəd kimi Rəsul Quliyevin ölkəyə gətirilməsi və onun 2013-cü il prezident seçkisinə namizəd kimi qatılmasını təmin etmək olduğu bildirilib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi