Modern.az

“Rəsul Quliyevlə bağlı Prezidentə müraciət oluna bilər” - AÇIQLAMA

“Rəsul Quliyevlə bağlı Prezidentə müraciət oluna bilər” - AÇIQLAMA

29 Dekabr 2012, 18:32

“Rəsul Quliyev seçkilərə qatılsa da, qatılmasa da onun Azərbaycana qayıtmasını istəyirik”. Bu barədə Rəsul Quliyevin Hüquqlarının Müdafiə Komitəsinin həmsədri şair Musa Yaqub hazırda Amerikada mühacirətdə yaşayan Azərbaycanın eks-spikerinin ölkəyə qayıtması haqda Modern.az-a açıqlamasında bildirib. R.Quliyevin qanun çərçivəsində vətənə qayıtmasının tərəfdarı olduğunu bildirən M.Yaqub bununla bağlı beynəlxalq təşkilatlara və hətta ölkə Prezidentinə də müraciət olunmasının mümkün olduğunu qeyd edib.

“Komitənin bundan sonra necə fəaliyyət göstərəcəyini hələ deyə bilmərəm. Komitə hələ yeni qurulub. Mən bir şair kimi, bir vətəndaş kimi çox istərdim ki, Rəsul Quliyev Azərbaycana buraxılsın. Özü bilər, seçkilərə qatılar-qatılmaz, amma Azərbaycana gəlməsini istəyirik. Ona qarşı cinayət işi filan qaldırılmasın. İstərdim ki, beynəlxalq təşkilatlar qarşısında bu məsələ qaldırılsın, onun Azərbaycana gətirilməsi üçün lazımı işlər görülsün. O da Azərbaycan vətəndaşıdır, qoy öz ölkəsinə gəlsin.

Mən bir ziyalı kimi onun vətənə gəlməsinin sülh yolu ilə həyata keçirilməsini istərdik. Təbii ki, onun Azərbaycana gəlməsi üçün ölkə prezidentinə və eləcə də beynəlxalq təşkilatlarına müraciət oluna bilər. Lazım olarsa, bunu də etmək mümkündür”, - deyə M.Yaqub vurğulayıb.

Qeyd edək ki, bu gün eks-spiker Rəsul Quliyevin Hüquqlarının Müdafiə Komitəsi təsis edilib. Hələlik 36 nəfərin təmsil olunduğu komitənin yaradılmasının əsas məqsədi R.Quliyevin ölkəyə gəlməsinə və onun 2013-cü il prezident seçkilərində iştirakına köməklik göstərməkdir.

Anar RÜSTƏMOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi