Modern.az

Ehsan Zahidov: “Lənkəran hadisəsinin araşdırması davam edir”

Ehsan Zahidov: “Lənkəran hadisəsinin araşdırması davam edir”

16 Yanvar 2013, 12:30

“Lənkəran hadisəsi ilə bağlı araşdırma aparılır. Hadisə ilə bağlı saxlanılanlar, dindirilənlər istintaqın işindən asılı olacaq. Araşdırma başa çatandan sonra nəticəsi barədə açıqlama veriləcək”.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Modern.az-ın sorğusunu cavablandırarkən belə deyib. O, bildirib ki, Lənkəranda Müsavat başqanı İsa Qəmbərlə bağlı hadisənin araşdırması  davam etdirlir.

Yanvarın 13-də Müsavat başqanı İsa Qəmbər Müsavat Partiyasının Lənkəran rayon şöbəsinin yaranmasının 20 illiyilə  bağlı tədbirdə iştirak etmək üçün Lənkəran şəhərinə gedərkən korteji hücuma məruz qalıb. “Xəzər Lənkəran” futbol klubunun geyimlərində olan mülki şəxslər 100-dən artıq  şəxsə rəhbərlik edib. Toplaşanlar İsa Qəmbərin maşınını dağıdıb, güzgülərini qırıb, maşının nömrələrini acıblar. Hadisə zamanı Müsavat başqanının müavini Gülağa Aslanlı sağ ayağından xəsarət alıb, müsavatçı Ülvi Quliyev, jurnalist Mehman Kərimov döyülüb.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!