Modern.az

“Ded Xasan”ın Putinlə çəkdirdiyi FOTO - QALMAQAL

“Ded Xasan”ın Putinlə çəkdirdiyi FOTO - QALMAQAL

18 Yanvar 2013, 11:48

Kriminal avtoritet “Ded Xasan”ın qətlindən sonra Rusiyanın sosial şəbəkələrində peyda olmuş bir foto əməlli-başlı siyasi qalmaqal yaradıb. Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, sözügedən fotoda prezident Vladimir Putinin yanında dayanmış şəxsin məhz Aslan Usoyan (“Ded Xasan”) olması iddia olunub. Fotoşəklin yaratdığı ajiotaj o qədər böyük olub ki, dövlət başçısının mətbuat katibi Dmitri Peskov rəsmi izahatla çıxış etmək məcburiyyətində qalıb.

D.Peskovun sözlərinə görə, foto qapalı bir ziyafətdə çəkilib və V.Putinin yanında dayanmış şəxs əslində Dövlət Dumasının keçmiş deputatı Viktor Usaçovdur. “Şəkildən də görünür ki, bu tamamilə başqa bir adamdır. Və o, ümumi bir dostun ad günündə çəkilib”, – deyə D.Peskov bildirib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?