Facebook sosial şəbəkəsində özünü Ülvi Namazlı adlı zabit kimi təqdim edən şəxsin adından N saylı hərbi hissədə çəkilmiş bir foto yayılıb. Sosial şəbəkədə narazılığa səbəb olan bu foto böyük hay-küyə, qalmaqala səbəb olub. Əksəriyyət bu şəkildə əks olunan hadisəni “dedovşina” kimi qiymətləndirib. Ehtimal olunur ki, zabit gənc əsgərləri məcburən sıraya düzərək, onların kürəyinə "Gəncə" sözünü yazıb və nümayişkaranə şəkildə bu fotonu çəkdirib. Əsgərlərin kürəyinə həmin sözün diş pastası ilə yazıldığı açıq-aydın sezilir.
Hadisə hansı hərbi hissədə baş verib, Ülvi Namazlı adlı zabit kimdir? Qeyd edək ki, şəkli öz adından paylaşan Ülvi Namazlı adlı şəxs qorxusundan artıq Facebook-dakı profilini bağlayıb...
Modern.az-ın əməkdaşı məsələyə Müdafiə Nazirliyindən münasibət öyrənməyə çalışıb. Nazirlikdən bununla bağlı araşdırma aparılacağını bildiriblər.
A.Qorxmaz